| 
								 
								
								Naftalanda  Azərbaycanın dövlət müstəqilliyinin  
								bərpasının 20-ci ildönümü  təntənə ilə qeyd 
								edilib.  Mərasim iştirakçıları  öncə  şəhərin 
								mərkəzi  meydanına gələrək  ümummilli liderin  
								abidəsini ziyarət edib, önünə gül dəstəsi 
								qoyublar.  Sonra Heydər Əliyev  Mərkəzində  ulu 
								öndərin həyat və fəaliyyətini əks etdirən  
								fotoşəkillərə  baxış keçirilib. 
								
								
								Mərasim şəhər  icra hakimiyyətinin  iclas 
								salonunda  "Heydər Əliyev  və milli mənəvi 
								dəyərlərimiz"  mövzusunda elmi-praktik 
								konfransla davam etdirilib.  Konfransı giriş 
								sözü  ilə açan şəhər icra hakimiyyətinin başçısı  
								Natiq Abbasov  tədbir  iştirakçılarını  
								əlamətdar bayram münasibətilə  təbrik edərək  
								qeyd edib ki, Heydər Əliyevin zəngin xidmətləri   
								və uzaqgörən siyasəti nəticəsində ölkə nəinki 
								sabitliyə, eyni zamanda iqtisadi  inkişafa nail 
								olub. Xalqın xilaskarı olan ulu öndər Heydər 
								Əliyevin  nurlu ideyaları  bu gün   Prezident 
								İlham Əliyev tərəfindən  uğurla  həyata 
								keçirilir. 
								
								
								Mərasimdə  Heydər Əliyev Mərkəzinin  direktoru  
								Elman Alıyev  "Heydər Əliyev və milli mənəvi 
								dəyərlərimiz" mövzusunda geniş  məruzə ilə çıxış 
								edib. 
								
								
								Sonra şəhər 1 və 2 nömrəli orta məktəblərinin  
								şagirdlərinin   müstəqilliyimizin  20 illiyinə 
								həsr  etdikləri  ədəbi-bədii kompozisiya  
								nümayiş  olunub. "Müstəqilliyimiz qürur 
								mənbəyimizdir" mövzusunda keçirilən  inşa yazı 
								müsabiqəsinin  qaliblərinə  diplom və qiymətli  
								hədiyyələr verilib.  
								
								
								
								S.SƏFƏROVA  |