| 
								 
								
								 Bakıdakı 
								5 nömrəli  tam orta məktəbdə Azərbaycan 
								Respublikasının dövlət  müstəqilliyinin 
								bərpasının 20-ci ildönümü ilə əlaqədar III-XI 
								siniflər üzrə  "Müstəqil Azərbaycan, 20 yaşın 
								mübarək!" devizi altında məntiq olimpiadası 
								keçirilib.  300 şagirdin təmsil olunduğu 
								olimpiadada Azərbaycan Respublikasının Dövlət 
								himni səslənib.  
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Nərminə Gündüzlü  şagirdlərə  dövlət 
								müstəqilliyimizin qazanılması və 
								möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin  
								misilsiz xidmətlərindən  danışıb. Sonra "Yaşa 
								Azərbaycan!" musiqi sədaları altında olimpiada 
								iştirakçıları  sinif otaqlarında  təyin olunmuş  
								yerlərdə əyləşiblər. Bir saat  davam edən   
								olimpiadada şagirdlər  məntiqi test suallarına 
								cavab verərək  biliklərini  nümayiş etdiriblər. 
								
								
								 Olimpiadada fərqlənən şagirdlərə məktəb 
								rəhbərliyi tərəfindən həvəsləndirici mükafatlar   
								verilib.   
								
								
								Şakir CƏFƏROV  |