| 
								 
								
								 YUNESKO-nun Moskva bürosunun müraciəti əsasında 
								2004-2011-ci illər ərzində Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi tərəfindən QİÇS 
								epidemiyasının profilaktikası istiqamətində 
								təhsil sahəsində görülmüş işlərin və əldə 
								olunmuş irəliləyişlərin qiymətləndirilməsi 
								məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. 2004-2011-ci illərdə QİÇS epidemiyasının 
								profilaktikası istiqamətində təhsil sahəsində 
								görülmüş işlərin və əldə olunan irəliləyişlərin 
								qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə 
								İşçi qrupu yaradılsın: 
								
									
										|   | 
										
										
										Ağababa İbrahimov | 
										
										 Tərbiyə 
										və məktəbdənkənar müəssisələr şöbəsinin 
										müdiri, İşçi qrupunun rəhbəri; | 
									 
									
										|   | 
										
										
										Vüqar Əsgərov | 
										
										
										İqtisadiyyat şöbəsinin  Plan-maliyyə 
										sektorunun müdiri, üzv; | 
									 
									
										|   | 
										
										
										Maral Salmanova  | 
										
										
										Tərbiyə və məktəbdənkənar müəssisələr 
										şöbəsinin aparıcı məsləhətçisi, üzv; | 
									 
									
										|   | 
										
										
										Natiq Əliyev  | 
										
										
										Strateji təhlil, planlaşdırma və 
										kadrların idarəolunması şöbəsinin 
										aparıcı məsləhətçisi, üzv; | 
									 
									
										|   | 
										
										
										Sabir Həmidov | 
										
										
										Kənd rayonları üzrə ümumi təhsil 
										şöbəsinin baş məsləhətçisi, üzv; | 
									 
									
										|   | 
										
										
										Aysel Hacıyeva | 
										
										
										"Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab 
										tədbirlərinin gücləndirilməsi" 
										Layihəsinin Əlaqələndirmə Qrupunun 
										direktoru, üzv; | 
									 
									
										|   | 
										
										
										Gülarə Hüseynova | 
										
										
										Bakı şəhəri, 248 nömrəli orta məktəbin 
										biologiya  müəllimi, üzv;    | 
									 
									
										|   | 
										
										
										Şahin Xasıyev | 
										
										
										Respublika QİÇS-lə Mübarizə Mərkəzi, 
										Monitorinq və qiymətləndirmə şöbəsinin 
										müdiri, üzv; | 
									 
									
										|   | 
										
										
										Azər Ramazanov | 
										
										
										"Yaşlıların Təhsili" Assosiasiyasının 
										sədri, üzv; | 
									 
									
										|   | 
										
										
										Piralı Əliyev | 
										
										
										Təhsil Problemləri İnstitutunun şöbə 
										müdiri, müstəqil koordinator, üzv. | 
									 
								 
								
								
								2. Ali və orta ixtisas, ilk peşə-ixtisas təhsili 
								müəssisələrinin rəhbərləri 25 noyabr 2011-ci il 
								tarixinədək 2004-2011-ci illərdə QİÇS-lə bağlı 
								keçirilən tədbirlər, görüşlər, konfranslar, 
								seminarlar, aksiyalar və ümumilikdə bununla 
								bağlı görülən işlər barədə məlumatları illər 
								üzrə Təhsil Nazirliyinə təqdim etsinlər. 
								
								
								3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin nazirliyin İnternet saytında və 
								"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını 
								təmin etsin. 
								
								
								4. Əmrin icrasına nəzarət nazir müavini 
								Q.Novruzova həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								15 noyabr 2011-ci il   | 
								  |