| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		
		Şahmat turnirinin qalibləri mükafatlandırıldı  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								
								 Noyabrın 
								14-də "Təhsil" Respublika İdman Mərkəzinin 
								Respublika İxtisaslaşdırılmış Olimpiya 
								Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində 
								Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 
								20-ci ildönümünə həsr olunmuş açıq şahmat 
								turnirinin qaliblərinin mükafatlandırılması 
								mərasimi keçirildi. Mərasimi giriş sözü ilə 
								təhsil nazirinin müavini Qulu Novruzov açaraq 
								nazir Misir Mərdanovun təbriklərini tədbir 
								iştirakçılarına çatdırdı. Dövlət 
								müstəqilliyimizin bərpasının 20-ci ildönümünə 
								həsr olunmuş ümumrespublika şahmat turniri 
								haqqında ətraflı məlumat verən nazir müavini 
								bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 
								250-yə yaxın şahmatçının iştirak etdiyi turnir 
								İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. 
								Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu 
								deyən Q.Novruzov yarışın obyektiv və şəffaf 
								keçirilməsində əməyi olan məşqçilərə, hakimlərə 
								və bu işdə yaxından köməklik göstərən  "Təhsil" 
								Respublika İdman Mərkəzinin kollektivinə 
								təşəkkürünü bildirdi. Qeyd olundu ki, 
								Azərbaycanda şahmat məktəblərinin, şahmata cəlb 
								olunan şagirdlərin sayının artması, şahmatda 
								olan uğurlar çox sevindiricidir. Qulu  Novruzov 
								vurğuladı ki, şahmatın respublikada 
								kütləviliyinin təmin olunması üçün məktəblərdə 
								hansısa formada  ibtidai sinif səviyyəsində 
								şahmatla hər bir şagirdin tanışolma imkanının 
								yaradılması barədə ciddi müzakirələr aparılır. O 
								daha sonra dedi: "Hər yeni tədbirdə biz şahmatın 
								daha kütləvi xarakter, turnirlərin daha geniş 
								miqyas aldığını görürük. Çox sevindirici haldır 
								ki, Azərbaycanda bu gün geniş şahmat məktəbləri 
								şəbəkəsi yaranmışdır. Təcrübə onu göstərir ki, 
								şahmata meyilli uşaqlar, bu idman növü ilə 
								məşğul olan şagirdlər çox nümunəvi və  
								dərslərində həmişə kifayət qədər uğur qazanan 
								olurlar. Mən ümid edirəm ki, bu turnirə qatılan 
								şagirdlər də ən qabaqcıl, nizam -intizamlı, 
								dərslərini yaxşı oxuyan şagirdlərdir. Q.Novruzov 
								müəyyən olunmuş 5 yaş qrupu üzrə 30 qalibə 
								diplom və medalları təqdim edərək onları təbrik 
								etdi.  
								
								
								
								Rəşad ZİYADOV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |