| 
								 
								
								Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin pedaqogika kafedrasında Təhsilin 
								İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın 
								(International Association of Development 
								Education) prezidenti, pedaqoji elmlər doktoru 
								Larisa Şeyko  ilə görüş keçirildi.  Azərbaycanın 
								son illərdə əldə etdiyi uğurlar  barədə qonağa 
								məlumat verildi. Ölkəmizin müstəqillik 
								qazandıqdan sonra sürətli inkişaf yolu keçdiyi 
								qeyd edilərək bildirildi ki, Azərbaycan artıq 
								təkcə neft ölkəsi kimi deyil, həm də elm və  
								təhsil ölkəsi kimi tanınır və bu sahədə ciddi 
								uğurlar qazanıb. Azərbaycanın təhsil  sistemi 
								uğurlu inkişaf dönəmini yaşayır. İstedadlı 
								Azərbaycan gənclərinin Rusiyanın ən məşhur ali 
								məktəblərində təhsil aldıqları, dərin elmi 
								biliklərə yiyələndikləri bildirilərək onların 
								sorağının artıq  Amerika, Fransa, Böyük 
								Britaniya kimi ölkələrdən gəldiyi qonağın 
								diqqətinə çatdırıldı. Eyni  zamanda Türkiyə və 
								digər ölkələrdən olan tələbələrin Azərbaycanda 
								təhsil aldıqları da qeyd olundu. Görüşdə 
								Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiya 
								ilə əməkdaşlığın, elmi əlaqələrin qurulmasının 
								əhəmiyyətli olacağı vurğulandı.   
								
								
								Qonağa Azərbaycan pedaqoji elminin inkişaf 
								tarixi, ilk milli maarifçilərimiz   barədə 
								məlumat verilib, bu sahədə ADPU-nun 
								fəaliyyətindən danışılıb.  
								
								
								Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın 
								prezidenti təşkilatın fəaliyyətindən danışaraq 
								hazırda bu qurumda Avropanın 25-dən artıq 
								ölkəsinin təmsil olunduğunu bildirdi. Qurumun 
								həm postsovet məkanı, həm də Avropa ölkələrinin 
								milli təhsil sistemləri ilə əməkdaşlıq etdiyini 
								söyləyib. Onun sözlərinə görə, assosiasiya bir 
								sıra ölkələrin tələbələri üçün seminarlar, elmi-praktik 
								konfranslar, təcrübə mübadiləsi təşkil edir. 
								Qurum eyni zamanda müəllimlərin yenidən 
								hazırlanması və ixtisasının artırılması 
								proqramlarını həyata keçirir. Təmsil etdiyi 
								təşkilatın öz  fəaliyyətində müəllimlərin 
								təkmilləşməsi məsələsinə xüsusi diqqət 
								ayırdığını deyən və bunun bütün ölkələrin təhsil 
								sistemləri üçün vacib olduğunu vurğulayan qonaq 
								assosiasiyanın lBilik dünyası» adlı jurnal  
								buraxdığını və bu jurnalda istər Avropa, istərsə 
								də postsovet ölkələrinin pedaqogika sahəsində 
								çalışan alimlərinin elmi məqalələrinin dərc 
								olunduğunu bildirib. Qonaq rəhbərlik etdiyi 
								təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri 
								kimi məktəblilər və tələbələr üçün müxtəlif fənn 
								olimpiadalarının keçirilməsi təcrübəsindən 
								danışıb və növbəti belə bir tədbirin yaxın 
								vaxtlarda İsveçrədə təşkil olunacağını deyib.   
								
								
								
								Oruc MUSTAFAYEV  | 
								  |