| 
								 
								
								Bakının Xətai rayonunda yerləşən S.Həsənov adına 
								63 nömrəli tam  orta məktəbdə  12 noyabr 
								Konstitusiya Günü münasibəti ilə tədbir 
								keçirildi. Əvvəlcə şagirdlərin ifasında Dövlət 
								himni səsləndirildi.   
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Cavanşir Tarverdiyev Konstitusiyamızın 
								tarixindən danışaraq ulu öndər Heydər Əliyevin 
								xalqın tələbi ilə respublikamızda ikinci dəfə 
								hakimiyyətə gəldikdən sonra  həyata keçirdiyi 
								bir çox islahatlar haqqında tədbir 
								iştirakçılarına məlumat verdi.  Bildirildi ki,  
								böyük siyasətçi və dövlət xadimi ümummilli lider 
								Heydər Əliyevin yeritdiyi müdrik siyasət 
								nəticəsində dövlət Konstitusiyamız  möhkəmləndi, 
								ulu öndərin memarı olduğu müasir Azərbaycan 
								böyük bir inkişaf yoluna qədəm qoydu. 
								 
								
								
								Çıxışlarda vurğulandı ki,  ulu öndərin siyasi 
								kursunu qətiyyətlə davam etdirən layiqli varisi 
								ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 
								həyata keçirilən nəhəng quruculuq işləri 
								nəticəsində son illər ölkəmiz daha da inkişaf 
								etmiş, bütün sahələrdə uğurlar qazanılmışdır.
								 
								
								
								Şagirdlər vətənpərvərlik ruhunda şeirlər 
								söylədilər, mahnılar  ifa etdilər. Bildirildi 
								ki, bu gün qarşımızda duran ən mühüm vəzifə 
								Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, 
								işğal olunmuş torpaqlarımızın azad olunaraq geri 
								qaytarılmasıdır.  
								
								
								Tədbirin sonunda Konstitusiya Gününə həsr 
								olunmuş film nümayiş olundu.  
								
								
								
								*** 
								
								
								Bakının  Badamdar qəsəbəsində yerləşən 236 
								nömrəli tam orta məktəbdə 12 noyabr Konstitusiya 
								Günü münasibətilə  keçirilən tədbirdə  əvvəlcə 
								müstəqil Azərbaycanın qurucusu və memarı 
								ümummilli lider Heydər Əliyevin  və vətənimizin  
								ərazi bütovlüyü, torpaqlarımızın qorunması 
								uğrunda canlarından keçən şəhidlərimizin  əziz 
								xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
								 
								
								
								Dövlət himni və dahi bəstəkar Üzeyir 
								Hacıbəylinin "Koroğlu" operasından uvertüra ilə 
								başlanan tədbirə təntənəli şəkildə Dövlət 
								bayrağı gətirildi. Tədbiri giriş sözü ilə təhsil 
								ocağının rəhbəri Xanlar İmaməliyev açaraq 
								məktəbin müəllim və şagird kollektivini,  tədbir 
								iştirakçılarını 12 noyabr Konstitusiya Günü 
								münasibəti ilə təbrik etdi. O, Konstitusiya 
								Gününün yaranma tarixi  haqqında iştirakçılara 
								geniş məlumat verdi.  
								
								
								Tədbirin aparıcıları12 noyabr Konstitusiya Günü 
								ilə əlaqədar  Səbail Rayon İcra Hakimiyyətinin 
								təşəbbüsü ilə həyata keçirilən inşa yazı 
								müsabiqəsində yer tutmuş şagirdləri səhnəyə 
								dəvət edərək təbrik etdi.  
								
								
								Çıxış edən qonaqlar  Konstitusiyamızın 
								tanınmasında misilsiz xidmətlər göstərmiş, 
								şərəfli ömrünü xalqına həsr etmiş ulu öndər 
								Heydər Əliyevin dövlətçilik ideyalarının yeni 
								nəsillər üçün örnək olduğundan bəhs etdilər. 
								
								
								Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər, 
								onların ifasında milli rəqslər, mahnılar tədbir 
								iştirakçıları tərəfindən maraqla qarşılandı. 
								Tədbirin sonunda 12 noyabr Konstitusiya Gününə 
								həsr olunmuş  film nümayiş olundu.  
								
								
								
								Rəşad ZİYADOV  |