| 
								 
								
								Naxçıvan Özəl Universitetində Tələbə Gənclər 
								Həftəsi münasibətilə  tədbir keçirilmişdir. 
								Tədbirdə ali təhsil ocağının rektoru, professor 
								İsmayıl Əliyev çıxış edərək bildirmişdir ki, 
								ümummilli liderimiz Heydər Əliyev hər zaman 
								gənclərə  malik olduqları  qabiliyyət və 
								intellektual imkanları  müqabilində  geniş 
								meydan verməyin tərəfdarı idi. Ulu öndər 
								gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində  
								saxlamış, onların sağlam böyüməsinə,  təhsilinə, 
								həyatda layiqli yer tutmalarına  qayğı ilə 
								yanaşmışdır. Bu siyasət bu gün ölkə başçısı 
								İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
								Dövlətimizin  gənclərə göstərdiyi  diqqət və 
								qayğı  regionumuzda da ən yüksək səviyyədədir. 
								Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının  
								nəticəsidir ki,  muxtar respublika gəncliyinin  
								səsi artıq dünyanın inkişaf etmiş ölkələrinin 
								ali təhsil ocaqlarından gəlir. Hər il yüzlərlə 
								gənc ən yüksək  ballarla məşhur universitetlərin 
								tələbəsi adına layiq görülür, həyata hazırlanır, 
								ölkəmizin adını yüksəklərə qaldırır, göstərilən 
								etimadı doğrultmağa çalışır. Gəncliyin sağlam, 
								vətənpərvərlik ruhunda yetişməsi, onların 
								cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını 
								təmin etmək üçün də regionumuzda hər cür şərait 
								var. Son illər muxtar respublikada gənclər 
								dövlət strukturlarına daha fəal şəkildə cəlb 
								olunmağa başlamışlar. Artıq doğma diyarımızda 
								bir çox məsul vəzifələrdə  gəncliyin 
								nümayəndələri çalışaraq müstəqil dövlətin 
								qurulması və möhkəmlənməsinə öz töhfələrini 
								verirlər.  
								
								
								O da vurğulanmışdır ki, bu gün Azərbaycan 
								gəncliyi fəxr oluna biləcək səviyyədədir. 
								Azərbaycan gəncləri ölkə daxilindəki 
								nailiyyətləri ilə yanaşı, Azərbaycanın 
								beynəlxalq aləmdə nüfuzunun daha da artmasında 
								mühüm rol oynayır.  
								
								
								Tədbirdə tədris və elmi işlər üzrə prorektor, 
								tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli 
								çıxış etmiş, tələbələr  tələbə həyatına həsr 
								olunmuş şeirlər söyləmişlər.   
								
								
								
								Nuray ƏSGƏROVA, 
								Naxçıvan Özəl Universitetinin Mətbuat xidməti  | 
								  |