| 
								 
								
								Noyabrın 15-də Azərbaycan Dillər Universitetində  
								"Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir" 
								layihəsi çərçivəsində "Reproduktiv sağlamlıq" 
								mövzusunda növbəti tədbir keçirildi. Mülki 
								müdafiə kafedrasının baş müəllimi Sədaqət 
								Musayevanın təşkilatçılığı ilə keçirilən 
								tədbirdə  həmin kafedranın müdiri  Sevda 
								Zamanova çıxış edərək həyata keçirilən layihənin 
								əsas fəaliyyət istiqamətləri və əhəmiyyətindən 
								danışdı. Gənc nəslin sağlam həyat tərzinin 
								formalaşmasında bu kimi tədbirlərin vacib rol 
								oynadığını qeyd edən S.Zamanova  tələbələrə öz 
								sağlamlıqlarını qorumağı tövsiyə etdi. 
								 
								
								
								"Sağlam Ailə" Tibb Mərkəzinin  mütəxəssisi 
								Seymur  Mehdiyev isə çıxışında reproduktiv 
								sağlamlıq anlayışından bəhs etdi.  Müxtəlif  
								mənşəli infeksion xəstəliklərdən söz açan 
								S.Mehdiyev tələbələri vaxtında tibbi müayinədən 
								keçməyə çağırdı. Xəstəliklərin əksəriyyətinin 
								insan sağlamlığı əleyhinə olan zərərli 
								vərdişlərdən istifadə nəticəsində yarandığı 
								vurğulandı. 
								
								
								Tədbirdə Mamalıq-Ginekologiya İnstitutunun elmi 
								katibi Leyla Məmmədova reproduktiv sağlamlığın  
								nəsil artımı qabiliyyətinin olması və azad seçim 
								anlamına gəldiyini tələbələrin diqqətinə 
								çatdırdı. Bu sahədə maarifləndirmə və  təbliğat 
								işlərinin artırılmasının vacibliyi önə çəkildi. 
								
								
								Sonda tələbələri maraqlandıran suallar 
								cavablandırıldı.  
								
								
								
								Şakir CƏFƏROV  |