| 
								 
								
								Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala 
								filialında  Milli Dirçəliş Gününə həsr olunmuş 
								elmi-praktik konfrans keçirilmişdir.  
								
								
								Tədbir Azərbaycan Respublikası Dövlət himninin 
								səsləndirilməsi ilə başlanmışdır.  
								
								
								Giriş sözü ilə çıxış edən filialın direktoru, 
								dosent Tovuz Eminli bildirmişdir ki, 
								Azərbaycanın ən yeni tarixinin parlaq 
								səhifələrindən biri olan Milli Dirçəliş Günü 
								əslində xalqımızın milli özünüdərkinin və 
								özünəqayıdışının doğum günü kimi yaddaşlara 
								köçmüşdür. Bu şərəfli tarix bizi müstəqilliyə 
								qovuşdurmuş, Heydər Əliyev zəkasının gücü ilə 
								əbədiyaşarlıq qazanmışdır.  
								
								
								Qeyd edilmişdir ki, hazırda təhsildə əldə olunan 
								uğurlar ölkə başçısı İlham Əliyevin və Heydər 
								Əliyev Fondunun prezidenti, millət vəkili 
								Mehriban Əliyevanın diqqət və qayğısı 
								nəticəsində daha da genişlənməkdədir. 
								 
								
								
								"Milli varlığımızın təntənəsi", "İstiqlal 
								tariximizin 24 ili" mövzularında məruzələrlə 
								çıxış edən tarix üzrə fəlsəfə doktoru Qüdrət 
								Qırtımov, "Tərəqqi" medalı ilə təltif olunmuş 
								Nadir Əliyev, baş müəllim Sabir Qurbanov müasir 
								tariximizin şanlı səhifələrini konfrans 
								iştirakçılarının diqqətinə çatdırmışlar. 
								 
								
								
								Özlərini bu müstəqillik tarixinin övladları 
								adlandıran tələbələrdən Aygül Yusibova və Əziz 
								Məmmədovun çıxışları maraqla qarşılanmışdır. 
								
								
								 Konfransın  sonunda YAP sıralarına daxil olmuş 
								I kurs tələbələrinə üzvlük biletləri təqdim 
								olunmuş, milli azadlıq hərəkatının bəzi 
								məqamlarından bəhs edən videoçarx nümayiş 
								etdirilmişdir.   
								
								
								
								Xanım QURBANOVA, 
								AMİ-nin Zaqatala filialının  
								istehsalat təcrübəsi şöbəsinin müdiri 
								  |