| 
								 
								
								Bu günlərdə Qobustan rayonu Ərəbqədim kənd tam 
								orta məktəbində dahi şairimiz Mirzə  Ələkbər 
								Sabirə həsr olunmuş tədbir keçirildi. Məktəbdə 
								fəaliyyət göstərən "Sabir" ədəbi məclisi 
								tərəfindən təşkil edilmiş tədbiri giriş sözü ilə 
								açan məktəbin direktoru Rüsxət Bəzirov böyük söz 
								ustadı, ictimai satiramızın banisi M.Ə.Sabirin 
								həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış 
								etdi.  
								
								
								Çıxışlarda dahi şairimiz M.Ə.Sabirin 
								yaradıcılığının müxtəlif dövrləri haqqında 
								ətraflı məlumatlar verildi. Satiramızın ustadı, 
								ölməz sənətkarımız Mirzə Ələkbər Sabirin 
								müəllimlik fəaliyyəti haqqında danışan BDU-nun 
								professoru, yazıçı Əmirxan Xəlilovun çıxışı 
								tədbir iştirakçıları tərəfindən  rəğbətlə 
								qarşılandı.  
								
								
								Məktəbin XI sinif şagirdlərinin dahi şairin "Hophopnamə"sinə 
								həsr etdikləri səhnəciklər, şeirlərindən 
								söylədikləri nümunələr tədbiri daha maraqlı etdi.
								 
								
								
								Sonda tədbir iştirakçıları şairin Şamaxı 
								şəhərindəki məzarını ziyarət etdilər. Büstü 
								önünə  gül-çiçək dəstələri qoydular, ruhuna 
								dualar oxudular.   
								
								
								
								Zaur FATEH,  
								Qobustan rayonu Ərəbqədim  
								kənd tam orta məktəbinin təlim-tərbiyə 
								 işləri üzrə direktor müavini   |