| 
								 
								
								 Bu günlərdə  Bakı Atatürk liseyinin  pedaqoji 
								kollektivi, şagirdlər və valideynlər Abşeronun 
								Qala kəndində ekskursiyada olublar. Ekskursiya  
								Azərbaycan Tələbə  Gənclər Təşkilatlar İttifaqı 
								və Enerji Resurslarından İstifadə üzrə 
								Beynəlxalq məktəbli  layihəsi  (SPARE) 
								çərçivəsində təşkil olunub.  
								
								
								Arxeoloji Etnoqrafik  Muzey Kompleksinə  
								ekskursiyada  uşaqlar  ibtidai insanların  
								məişət və təsərrüfatlarında ilk enerji mənbəyi 
								olan  odun əldə olunması, onun saxlanılması və 
								istifadə edilməsi,  canlı və cansız təbiətin 
								qarşılıqlı  münasibətləri haqqında, o cümlədən  
								qədim dövrlərdən müasir zamanımıza kimi  enerji 
								resurslarının mənbələrinin  dəyişməsi barəsində  
								biliklər əldə ediblər. Onlar ən qədim tarixə 
								səyahət edərək, muzey kompleksindəki Qala qəsri, 
								ibtidai insanların  yaşayış məskənləri, qədim 
								özüllər, ibtidai  divar qalığı,  qayaüstü 
								rəsmlər, qavaldaşı, keramika, məişət və bəzək 
								əşyaları, silah və müxtəlif emalatxanalarla 
								tanış olublar. Ekskursiya zamanı  şagirdlər üçün 
								ustad dərsləri də təşkil olunub.   
								
								
								
								S.SƏFƏROVA  | 
								  |