| 
								 
								
								Bakıdakı 61 nömrəli tam orta məktəbdə "Narkomaniyaya 
								qarşı mübarizə"  mövzusunda tədbir keçirildi. 
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Zenfira Şıxəliyeva  bildirdi ki, son illərdə 
								dünyada narkotiklərə  nəzarət, narkomaniya ilə 
								mübarizə istiqamətində bir sıra ciddi tədbirlər 
								görülür.  Ümumbəşəri bir problemə çevrilən 
								narkomaniyanın fəsadlarından söz açıldı. Qeyd 
								edildi ki, narkomaniyaya qurşananlar təhsilə, 
								işə, ailəyə, dostlarına maraqlarını itirir və  
								özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə 
								də insan həyatı zəhərlənir. Buna görə  də  
								ümumbəşəri problemin profilaktikası sahəsində 
								Azərbaycanda da  bu cür məqsədyönlü proqramlar 
								həyata keçirilir. 
								
								
								"Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin 
								sədri Samir Mehdizadə  qeyd etdi  ki, ilk öncə 
								ailə  tərbiyə ocağıdır. Ona görə də  ailədə və 
								ailədaxili münasibətlərdə sağlam psixopedaqoji 
								mühitin olması çox zəruridir.  
								
								
								Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə 
								müdiri Əli Axundov, Nizami Rayon Polis Şöbəsinin 
								Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin 
								təşkili şöbəsinin əməkdaşı Elxan Əfəndiyev və 
								Narkomaniyaya qarşı mübarizə bölməsinin baş 
								əməliyyatçısı Fazil  Həşimov, psixoloq Səidə 
								Musayeva və başqaları   çıxış edərək 
								narkomaniyaya qarşı  aparılan maarifləndirmə 
								işlərinin əhəmiyyətindən danışdılar. 
								
								
								Sonda narkomaniyaya  aid videoçarx nümayiş 
								etdirildi.  
								
								
								
								Şakir CƏFƏROV   |