| 
								 
								
								Azərbaycan Respublikası Prezidentinin "Abbas 
								Zamanovun  100 illik  yubileyinin keçirilməsi 
								haqqında" 05 oktyabr 2011-ci il tarixli, 1761 
								nömrəli  Sərəncamının icrasını təmin etmək 
								məqsədi ilə   
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Abbas Zamanovun 100 illik yubileyinin 
								keçirilməsinə  dair Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq 
								edilsin (əlavə olunur). 
								
								
								2. Ali təhsil müəssisələrinin rəhbərlərinə 
								Tədbirlər planının icrasının  təmin ediməsi və 
								görülmüş işlər haqqında məlumatın 25 dekabr 
								2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə 
								təqdim edilməsi tapşırılsın.  
								
								
								3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali 
								və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri 
								əmrdən irəli gələn məsələləri həll etsin. 
								
								
								4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr 
								və Tədbirlər planının "Azərbaycan müəllimi" 
								qəzetində dərc olunmasını təmin etsin. 
								
								
								5. Əmr və Tədbirlər planının çoxaldılıb yerlərə 
								göndərilməsi ümumi şöbəyə (X. Fərəcov) 
								tapşırılsın.  
								
								
								6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
								  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								21 noyabr 2011-ci il  |