| 
								 
								Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyev 
								və Naxçıvan" mövzusunda  növbəti lektoriya 
								keçirilmişdir.  Lektoriyanı ali təhsil ocağının 
								rektoru, pedaqoji elmlər doktoru, professor Oruc 
								Həsənli açmışdır. İnstitutun tarix müəllimi 
								Ələkbər Cabbarlı mövzu ilə bağlı  geniş məruzə 
								etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı illərin 
								əvvəllərində  Naxçıvan çox ağır, çətin günlər 
								keçirirdi. Sərhədyanı kəndləri ermənilər 
								tərəfindən hücuma məruz qalan, dincliyi əlindən 
								alınan Naxçıvan taleyin ümidinə buraxılmış tənha 
								bir adanı xatırladırdı. Tale Heydər Əliyevi 
								Naxçıvana göndərməklə bu qədim diyarı Dağlıq 
								Qarabağı və Azərbaycanın digər rayonlarını  
								gözləyən  acı aqibətdən xilas etdi.  Dahi insan 
								1990-1993-cü illərdə  bu qədim torpağı siyasi 
								mərkəzə çevirdi, dünyanın nəzər-diqqəti buraya 
								yönəldi. Ulu öndər o vaxtlar nəinki  Naxçıvanı 
								qorudu, yaşatdı, eyni zamanda Azərbaycan üçün də  
								çox önəmli işlər gördü. Dövlət müstəqilliyimizin 
								vacib atributları qəbul olundu, milli ordu 
								quruculuğuna  başlandı.  Naxçıvan camaatı da bu 
								proseslərdə  möhtərəm Heydər Əliyevə  dayaq oldu, 
								ona böyük hörmət və ehtiram göstərdi. Xalqla 
								rəhbərliyin  qırılmaz tellərlə bir-birinə 
								bağlılığı Naxçıvanı yaşadıb inkişaf etdirdi. 
								Azərbaycanın bu qədim torpağını xilas edən 
								Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, 
								həmişəyaşar abidə ucaltdı.  
								
								Qeyd olundu ki, bu gün müstəqilliyin yolları ilə 
								inamla addımlayan Azərbaycanda ulu öndərin amal 
								və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz 
								Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı, 
								hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi 
								ilə  bütün sahələrdə yeni-yeni uğurlara imza 
								atır. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan 
								da  böyük tərəqqi yolunda olmaqla  əsl intibah 
								dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı  
								çətinliklərə baxmayaraq, qədim diyarımız gündən-günə  
								çiçəklənir, həyata keçirilən böyük quruculuq 
								işləri  muxtar respublikamızın hərtərəfli 
								inkişafına təkan verir.   
								
								
								
								Naxçıvan Müəllimlər  
								İnstitutunun Mətbuat xidməti  | 
								  |