| 
								 
								Azərbaycan Dillər Universitetinin  rektoru, 
								millət vəkili, professor Səməd Seyidov "Kavrakoğlu" 
								şirkətinin baş proqram mütəxəssisi Berain Gün, 
								proqramın yaradıcısı Hakan Atan və baş menecer  
								Zeki Günlə görüşüb.  
								
								Rektor qonaqları salamlayaraq onları rəhbərlik 
								etdiyi ali təhsil ocağında görməkdən məmnun 
								olduğunu bildirib.  
								
								Sonra Təhsil Nazirliyinin Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması İdarəsinin Elektron və 
								veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz 
								Abuşov çıxış edərək  görüşün məqsədinin təhsil 
								müəssisələrində distant təhsilin  necə həyata 
								keçirilməsi ilə bağlı "Kavrakoğlu" şirkətinin 
								hazırladığı layihənin təqdim edilməsi olduğunu 
								qeyd edib. Hakan Atan layihə ilə bağlı slayd 
								təqdim edərək proqramın  bütün incəliklərini 
								görüş iştirakçılarının diqqətinə çatdırıb. O, 
								təqdim olunan  proqram vasitəsilə 
								universitetlərin tədris planının hazırlanması, 
								eyni zamanda tələbələrin qeydiyyatının aparılma 
								qaydaları barədə məlumat verib. Daha sonra isə 
								proqram barədə fikir mübadiləsi aparılıb. 
								
								Sonda rektor Səməd Seyidov təqdim olunan 
								proqramın gələcəkdə bir çox ali məktəblərdə 
								istifadə olunacağına əminliyini ifadə edib.   
								
								
								Şakir CƏFƏROV  |