| 
								 
								Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və 
								Vətəndaş Cəmiyyəti Debat İctimai Birliyinin 
								təşkilatçılığı ilə Azərbaycan Texnologiya 
								Universitetində ali məktəb tələbələri arasında 
								debat keçirilmişdir. 
								
								 Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin 
								rəisi Mikayıl Zeynalov AzərTAc-a bildirmişdir ki, 
								şəhərdə fəaliyyət göstərən ali təhsil 
								müəssisələri tələbələrinin iştirakı ilə 
								keçirilən yarışda məqsəd gəncləri 
								maarifləndirmək, onların öz düşüncələrini 
								sərbəst şəkildə ifadə etmək qabiliyyətlərini üzə 
								çıxarmaq, dünyagörüşlərini formalaşdırmaq və bir 
								vətəndaş olaraq öz ölkələri üçün məsuliyyət 
								daşıdıqlarını hiss etdirməkdir. 
								
								 90 nəfər tələbənin iştirakı ilə keçirilən 
								debatın sonunda qaliblərə sertifikatlar verilmiş 
								və onlar gələn ilin may ayında ümummilli 
								liderimiz Heydər Əliyevin xatirəsinə həsr 
								olunacaq respublika debat turnirində iştirak 
								etmək hüququ qazanmışlar.  |