| 
								 
								Bakıdakı 100 nömrəli orta məktəbdə  
								sinifdənxaric işlərə geniş  yer  verilir. 
								Məktəbin direktoru Gülnarə Məmmədova  bildirir 
								ki, sinifdənxaric tədbirlər təlim-tərbiyə işinin 
								tərkib hissəsidir. Dərslə sinifdənxaric işlər 
								bir vəhdət halında elmlərin əsaslarının 
								şagirdlər tərəfindən dərindən mənimsənilməsinə, 
								onların əqli, fiziki, estetik, vətənpərvərlik 
								tərbiyəsinin inkişafına xidmət edir. Eyni 
								zamanda şagirdlərin biliyə marağı artır, onların 
								bilik, bacarıq və vərdişləri genişlənir,  
								şagirdlərin şüurlu intizamı,  kollektivçiliyi, 
								təşəbbüskarlığı və   təşkilatçılıq məsuliyyəti 
								inkişaf edir. 
								
								Bu gün  təhsil ocağında da  tədrisin və 
								sinifdənxaric işlərin yüksək səviyyədə  təşkili 
								üçün hər cür şərait yaradılıb. Məktəbdə şagird  
								özünü idarəetmə orqanı fəaliyyət göstərir. Belə 
								bir təşkilatın yaradılması  da şagirdlərin 
								tərbiyəsində  mühüm rol oynayır. Nəticədə 
								şagirdlərdə vətənə sevgi, milli dəyərlərimizə 
								isə hörmət aşılanır.     
								
								
								Şakir CƏFƏROV    | 
								  |