| 
								 
								 Noyabrın 
								30-da Bakının Əhmədli qəsəbəsində yerləşən 171 
								nömrəli tam orta məktəbdə "Uşaq Hüquqları 
								Konvensiyası günü"nə həsr olunmuş "Uşaqlar 
								düşünən beynimiz, danışan dilimiz, görən  
								gözümüzdürlər" adlı tədbir keçirildi. 
								
								Şagirdlər Dövlət himnini oxudular.  Dövlət 
								bayrağı səhnəyə gətirildi.  
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								İradə Murquzova uşaqlara göstərilən dövlət 
								qayğısından danışaraq tədbirin əhəmiyyətini qeyd 
								etdi.  
								
								Çıxış edən şagirdlər bildirdilər ki, biz 
								gələcəyin nurlu yollarının yolçularıyıq. Gələcək 
								bizim əllərimizlə qurulacaq. Gəlin gələcəyimizi 
								düşünək, sağlam ruhla, güclü zəka və biliklə 
								quraq.  Məktəbin idmanla məşğul olan şagirdləri 
								bir-birindən maraqlı nömrələrlə tədbir 
								iştirakçılarının diqqətini cəlb etdilər. 
								Şagirdlər ifa etdikləri rəqs nömrələri, 
								söylədikləri şeirlər və  göstərdikləri 
								səhnəciklərlə həmin günü unudulmaz xatirəyə 
								çevirdilər.  
								
								Tədbirdə iştirak edən professor Yəhya Kərimov, 
								Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi 
								Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								baş məsləhətçisi Uğurlu Abbasov və digər 
								qonaqlar bu günün mahiyyətindən danışaraq  
								şagirdləri təbrik etdilər.  
								
								Sonda fərqlənən şagirdlərə diplomlar təqdim 
								edildi.   
								
								
								
								Rəşad ZİYADOV  |