| 
								 
								Bakıdakı 111 nömrəli orta məktəbdə  "Açıq qapı" 
								günü  keçirilib. Məktəbin direktoru Jalə 
								Hacıyeva   bildirib ki,  uzun illərdən bəri  
								aparılan və artıq ənənəvi hal  alan  "Açıq qapı" 
								gününün keçirilməsi  tədrisin  keyfiyyətinin 
								yaxşılaşmasına, səviyyəsinin yüksəlməsinə  
								xidmət edir. Nəticədə pedaqoji kollektivin işinə 
								məsuliyyəti artır, şagirdləri yaxşı oxumağa, 
								müəllimləri  isə səmərəli fəaliyyətə ruhlandırır.  
								 
								
								"Açıq qapı" günündə   bir qrup valideyn məktəbin 
								təlim- tərbiyə sahəsi ilə yaxından  tanış 
								olduqdan sonra  qruplara bölünərək ayrı-ayrı 
								müəllimlərin dərslərində iştirak ediblər. 
								 
								
								Sonra qonaqların iştirakı ilə pedaqoji 
								kollektivdə  IX-XI siniflərdə mərkəzləşdirilmiş 
								şəkildə keçirilmiş  imtahanların keçənilki 
								nəticələri təhlil olunub. Valideynlər arasında  
								maarifləndirmə işlərinin genişləndirilməsindən 
								söz açılıb.  
								
								Valideynlər məktəbdə görülən işlərdən və   
								aparılan pedaqoji işin səmərəliliyindən  razı 
								qaldıqlarını bildiriblər.   
								
								
								Şakir CƏFƏROV  |