| 
								 
								Bakıdakı 39 nömrəli  tam orta məktəbdə  
								şagirdlərə möhkəm və əsaslı bilik verməklə 
								yanaşı onların vətənpərvərlik tərbiyəsinə  də 
								geniş  yer  verilir. Məktəbin direktoru  Tahirə 
								Əzimova bildirdi ki, məktəbdə vətənpərvərlik 
								tərbiyəsi ilə əlaqədar  təlim  prosesində   
								müvafiq mövzuların tədrisi həyatla, vətənimizin 
								azadlığı və bütövlüyü uğrunda şəhid olan 
								qəhrəmanların, görkəmli şəxsiyyətlərin, əfsanəvi 
								sərkərdələrin həyatı ilə əlaqələndirilir. 
								Onların keçdikləri şərəfli ömür yolu və vətən 
								qarşısındakı xidmətləri təhlil olunub şagirdlərə 
								çatdırılır. Həmçinin Vətən, torpaq haqqında  
								atalar sözləri və zərb məsəllərdən, bayatı və  
								əfsanələrdən nümunələr söylənilir. Nəticədə 
								keçilən mövzunun   əhatəli öyrənilməsi, 
								şagirdlərin dərin bilik əldə etməsi ilə yanaşı, 
								həm də onlarda  vətənpərvərlik hissləri daha da 
								güclənir. 
								
								Bu gün  şagirdlərin milli vətənpərvərlik ruhunda  
								tərbiyə olunması işində  ayrı-ayrı  fənn 
								müəllimləri ilə yanaşı, məktəbin gənclərin 
								çağırışaqədərki hazırlığı rəhbəri  Akif 
								Salahovun əməyi daha çoxdur. Onun zəhməti  
								nəticəsində məktəbdə müasir tələblərə cavab 
								verən  GÇH kabineti  yaradılmış və yuxarı  sinif 
								şagirdləri  dərslərini  bu kabinetdə keçirlər.  
								Şagirdlər arasında  "Şahin", "Cəsurlar" və b. 
								idman oyunları keçirilir. Belə  yarışlarda  
								gənclər çox şey  öyrənir, nəzəri və praktiki  
								cəhətdən dərin bilik əldə etməklə vətənə 
								məhəbbət ruhunda böyüyürlər.   
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |