| 
								 
								2000-ci ildən  etibarən "Turizm və regionların 
								inkişafı" forumu ənənəvi olaraq Rusiya 
								Federasiyasının Smolensk şəhərində keçirilir. 
								Forumun işində "Turizm sahəsində maarifləndirmə 
								təşkilatlarının Avropa Assosiasiyası" (ATLAS),  
								Beynəlxalq Turizm Akademiyası,  Rusiya Coğrafiya 
								Cəmiyyəti, "Turizm və servis  ali məktəbləri 
								Assosiasiyası", Moskva Dövlət Universiteti və 
								başqa təşkilatlar fəal iştirak edir.  
								
								Bu il keçirilən konfransda Naxçıvan  Özəl 
								Universitetinin və NDU-nun müəllimi, fəlsəfə 
								doktoru Əli Cabbarov iştirak edərək "Azərbaycan 
								və Rusiya: müasir mədəni-iqtisadi münasibətlərdə  
								etnik turizmin rolu" mövzusunda geniş məruzə ilə 
								çıxış etmişdir. Məruzədə  etnik turizm termini 
								altında ölkəmizdən kənarda daimi yaşayan 
								azərbaycanlıların Azərbaycana gəlməsi və burada 
								baş verən  iqtisadi, mədəni və digər sahələrdəki 
								yeniliklərlə tanış olmaları vurğulanmışdır.   
								
								
								
								Nuray ƏSGƏROVA, 
								Naxçıvan Özəl Universitetinin  
								Mətbuat xidmətinin əməkdaşı   |