| 
								 
								 2011-2012-ci 
								dərs ilində artıq ibtidai siniflərdə fənn 
								kurikulumlarının tətbiqi başa çatır. Bununla 
								bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin 
								metodkabineti bir sıra işlər həyata keçirmişdir. 
								Belə ki, bütün ibtidai sinif müəllimlərinin 
								xüsusi hazırlıq kurslarından keçməsi təmin 
								olunmuş və onlar müvafiq sertifikatlar almışlar. 
								Lakin bu, işin hamısı deyil.Təbii ki, 
								birhəftəlik kursda müəllim yalnız əsas 
								müddəaları və parametrləri öyrənə bilər. Onun 
								əsas yaradıcılığı isə praktik təcrübədə meydana 
								çıxır. Bu isə müəllimdən daha çox zəhmət, 
								əzmkarlıq və öz üzərində çalışmaq tələb edir. 
								Müəllim hər an özünü qiymətləndirməli və 
								yoxlamalıdır. 
								
								Yeni dərs ilinin başlanmasından iki ay vaxt 
								keçir. Bu müddət ərzində metodkabinet şəhərin 
								ümumtəhsil məktəblərində təhsil işçilərinin 
								sentyabr konfransı, eləcə də bölmə iclaslarında 
								qəbul olunmuş qərarların, həyata keçirilməsi 
								habelə metodiki işin qoyuluşu vəziyyətinin 
								monitorinqini apardı. Monitorinq göstərdi ki, 
								ibtidai siniflərdə hələ də müəyyən çətinliklər 
								qalmaqdadır. Cari dərs ilində I sinfi götürən 
								müəllim hələ də ənənəvi qaydadan yaxa qurtara 
								bilmir. Daha sonra illik planlaşmanın tərtibi, 
								qiymətləndirmə vasitələrinin hazırlanması zamanı, 
								habelə texnologiya, təsviri incəsənət, musiqi və 
								xüsusi ilə fiziki tərbiyə fənləri üzrə kiçik 
								summativ qiymətləndirmənin aparılmasında 
								çətinliklər yaranır. 
								
								Metodkabinet monitorinqin nəticələrini 
								ümumiləşdirərək məktəblilərin payız tətilində 
								olmasından istifadə edib ibtidai sinif 
								müəllimləri, həmin siniflərdə dərs deyən 
								informatika və xarici dil müəllimləri ilə 
								seminar keçirdi. Noyabrın 14-16 tarixlərində 
								keçirilən seminarda müəllimləri maraqlandıran 
								suallara aydınlıq gətirildi, yaranmış 
								çətinliklərin aradan qaldırılması ilə bağlı 
								metodiki tövsiyələr verildi, qiymətləndirmə 
								vasitələri nümunələri hazırlandı, "kurikulum.az" 
								saytında yerləşdirilimiş dərslər mümayiş etdirdi. 
								Eyni zamanda "Kurikulum" jurnalında çap olunmuş 
								bir sıra elmi məqalələr oxundu, jurnalda dərs 
								nümunələrinin gündəlik planlaşmada əksi müzakirə 
								olundu.  
								
								2011-ci ilin əvvəlindən Şirvan şəhərində 3 
								istinad nöqtəsi fəaliyyət göstərir. Xüsusi 
								hazırlıq kursu keçmiş 25 nəfər təlimçi həmin 
								istinad nöqtələrində müəllimlərin maariflənməsi 
								ilə məşğul olur. Artıq 2012-2013-cü tədris 
								ilində V siniflərdə fənn kurikulumları tətbiq 
								olunacaq. Bununla bağlı Təhsil Nazirliyinin 
								müvafiq məktubuna əsasən fənn müəllimlərinin 
								siyahısı hazırlanıb. Həmin müəllimlərin 
								maariflənməsi istiqamətində ciddi işlərin 
								görülməsi planlaşdırılmışdır. Belə ki, fənn 
								müəllimlərinə bir ibtidai sinif müəlliminin hami 
								təyin olunması, onların ibtidai siniflərdə dərs 
								dinləməsi, normativ sənədlərlə tanış olması, 
								müəllim üçün vəsaitdən istifadə edilməsi, 
								ümumiyyətlə dərsliklərlə işləmə 
								xüsusiyyətlərinin öyrənilməsini təmin etmək 
								nəzərdə tutulmuşdur. 
								
								Yalnız fasiləsiz maariflənmə işləri aparmaqla 
								biz fənn kurikulumlarının tətbiqində 
								müəllimlərin keyfiyyətli tədrisinə, onların 
								dünyagörüşünün artırılmasına nail ola bilərik.   
								
								
								
								E.HƏSƏNOV, 
								Şirvan Şəhər Təhsil Şöbəsi metodkabinetinin 
								müdiri   | 
								  |