| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		
		Peşə məktəbində İKT-yə maraq artıb  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 12 
								nömrəli Bakı Peşə Məktəbində İKT-dən  geniş 
								istifadə edilməsinə  xüsusi diqqət  yetirilir. 
								Bu sahədə görülmüş işlər artıq öz müsbət 
								nəticəsini verir. Məktəbin direktoru Fərman 
								Aslanov  bildirir ki, hazırda İKT cəmiyyətin 
								inkişafına müsbət təsir etmək imkanlarına malik 
								olan  mühüm bir vasitədir.  Azərbaycanda da 
								İKT-nin inkişafı və istifadəsi üçün milli 
								strategiyanın hazırlanması və qəbul edilməsi  
								istiqamətində mühüm işlər görülüb. 
								
								Peşə məktəbində müasir tələblərə cavab verən 3 
								informatika kabineti  yaradılıb. İnformatika  
								müəllimlərindən   Əntiqə Qədimova, Esmira 
								Quliyeva və Səbinə Səfərova interaktiv  təlim  
								metodlarından istifadə etməklə öz  dərslərini 
								maraqlı qururlar. Nəticədə peşə məktəbində 
								oxuyan   şagirdlər arasında bu fənnə qarşı  
								böyük həvəs   yaranıb. Şagirdlər də informatika 
								dərslərində   həm  nəzəri və  həm də praktiki 
								cəhətdən İKT biliklərinə  yiyələnirlər.  
								
								
								
								Şakir CƏFƏROV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |