| 
								 
								 Bakıdakı R.Orucov adına 109 nömrəli tam orta 
								məktəbdə "Narkomaniyaya yox deyirik!" adlı 
								tədbir keçirildi.  Tədbirin aparıcıları 
								bildirdilər ki, son illərdə narkotiklərin 
								qanunsuz dövriyyədən çıxarılması ilə bağlı böyük 
								işlər görülsə də, narkomaniyanın statistikasında 
								gəncləşmə müşahidə edilir. 
								
								Zərərli vərdişlərin törətdiyi ağır bəlalardan 
								danışan məktəbin direktoru Fizuli Xudiyev  
								bildirdi ki, problemin qarşısının alınmasında 
								maarifləndirmə işinin rolu çox böyükdür. 
								 
								
								Tədbirdə məktəbin şagirdləri bildirdilər ki, 
								böyüməkdə olan gənc nəsil iradəli və möhkəm 
								olmalıdır. Bu gün hər bir Azərbaycan məktəblisi 
								pis vərdişlərə meyil göstərməməli, onlar yüksək 
								səviyyədə tərbiyə olunmalı və savadlı 
								yetişməlidirlər. Tədbirdə iştirak edən qonaqlar 
								da çıxış edərək, zərərli vərdişlərin törətdiyi 
								fəsadlardan danışdılar. Gənclərə tövsiyə olundu 
								ki,  zərərli vərdişlərdən həmişə uzaq olsunlar.
								 
								
								Sonda XXI əsrin ən qlobal problemlərindən olan "Ağ 
								ölüm"ə -narkomaniyaya düçar olmuş insanların 
								aqibəti  haqqında film nümayiş olundu.   
								
								
								
								Rəşad ZİYADOV  |