| 
								 
								
								Elektron tədris resurslarının qiymətləndirilməsi 
								şurası əmrində edilən dəyişikliklərin nəzərə 
								alınması məqsədi ilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								Nazirliyin 1421 nömrəli, 21 dekabr 2009-cu il 
								tarixli Əmri ilə təsdiq edilmiş "Elektron tədris 
								resurslarının qiymətləndirilməsi şurasının 
								yaradılması barədə" Əmrində edilən dəyişikliklər 
								nəzərə alınsın   
								
								
								1. Qiymətləndirməyə təqdim olunmuş elektron 
								tədris resurslarının təhsil sisteminin tələbləri 
								baxımından təhsil müəssisələrində real tədris 
								prosesində  sınaqdan keçirilməsi üçün 
								aprobasiyası təşkil edilsin. 
								
								
								2. Təhsil Sisteminin İnformasiyalaşdırılması 
								İdarəsi (S.Məmmədov): 
								
								
								2.1. Elektron tədris resurslarının real tədris 
								prosesində sınaqdan keçirilməsi və 
								qiymətləndirilməsi  üçün təhsil müəssisələrini 
								və aprobasiya prosesinin icraçılarının müəyyən 
								edilməsi üçün müvafiq tədbirlər görsün. 
								
								
								2.2. Bütün aprobasiya iştirakçılarının 
								fəaliyyətinin koordinasiyasını təmin etsin. 
								Aprobasiya  iştirakçılarını aprobasiyanın 
								keçirilməsi üçün lazım olan tədris-metodiki 
								vəsaitlər və  zəruri  tədris proqramları ilə 
								təmin etsin. 
								
								
								2.3. Aprobasiya olunacaq elektron tədris 
								resurslarının siyahısını, aprobasiyanın 
								mərhələlərini,  müddətini müəyyən etsin və 
								aprobasiya olunan məhsul haqqında yekun rəyin 
								hazırlanmasını təmin etsin. 
								
								
								3. Elektron  tədris resurslarının 
								aprobasiyasının təşkili haqqında  Əsasnamə 
								təsdiq  edilsin (1 saylı Əlavə).   
								
								
								4. Elektron tədris resurslarının aprobasiyasının  
								metodikası təsdiq edilsin  (2 saylı Əlavə). 
								
								
								5. Elektron tədris resurslarının aprobasiyası 
								haqqında icraçının yekun hesabatının ümumi 
								forması təsdiq edilsin (3 saylı Əlavə). 
								 
								
								
								6. Elektron  tədris resurslarının təhvil-təslim 
								aktının forması təsdiq edilsin (4 saylı Əlavə). 
								
								
								7. Elektron tədris resurslarının mümkün 
								formatları təsdiq edilsin (5 saylı Əlavə).
								 
								
								
								8. Elektron tədris resurslarının istifadəsi 
								haqqında Lisenziya Razılaşmasının nümunəvi 
								forması təsdiq edilsin (6 saylı Əlavə). 
								 
								
								
								9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində, 
								nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc 
								olunmasını və Təhsil Nazirliyinin rəsmi  
								İnternet saytında yerləşdirilməsini təmin etsin. 
								
								
								10. Əmrin icrasına nəzarəti öz üzərimə 
								götürürəm.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								14 dekabr 2011-ci il   |