| 
								 
								
								 Görüşdə 
								Şimali Kipr Türk Respublikasının Azərbaycandakı 
								nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da 
								iştirak edib. 
								
								
								Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu 
								ifadə edən nazir iki ölkə arasında təhsil 
								sahəsində əməkdaşlığın genişləndirilməsi 
								istiqamətlərindən söz açıb. Təhsil naziri Doğu 
								Akdəniz Universitetinin Azərbaycandakı ali 
								təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, 
								birgə elmi konfransların keçirilməsi, təhsil 
								işçilərindən ibarət nümayəndə heyətinin qeyd 
								olunan universitetlə tanışlıq üçün həmin ölkəyə 
								səfər etməsinin önəmli olduğunu vurğulayıb. 
								Birgə əlaqələrin inkişafında orta məktəblər 
								arasındakı münasibətlərin də əhəmiyyətli 
								olacağına inamını ifadə edən Misir Mərdanov iki 
								ölkə arasında "Qardaşlaşmış məktəblər" 
								layihəsinin reallaşdırılmasının mümkünlüyünə 
								diqqət çəkib. 
								
								
								Azərbaycanda ali məktəb rəhbərləri ilə keçirdiyi 
								görüşlər haqqında söz açan Doğu Akdəniz 
								Universitetinin rektoru Abdullah Öztoprak 
								rəhbəri olduğu ali təhsil ocağı barədə ətraflı 
								məlumat verib. Qonaq qeyd edib ki, Doğu Akdəniz 
								Universitetində təhsil alan azərbaycanlı 
								tələbələr tədris uğurları ilə fərqlənir. 
								
								
								A.Öztoprak Doğu Akdəniz Universitetinin tarixi, 
								tədris olunan ixtisaslar barədə danışıb, habelə 
								ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin 
								xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Müəllim 
								və tələbə mübadiləsində maraqlı olduqlarını 
								bildirən rektor universitetin beynəlxalq 
								səviyyədə tanınan ixtisaslarının "2007-2015-ci 
								illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 
								təhsili üzrə Dövlət Proqramı" üzrə müvafiq 
								siyahıya əlavə edilməsi məsələsinə toxunub. 
								
								
								Təhsil naziri Misir Mərdanov ikitərəfli 
								əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, 
								Şimali Kipr Türk Respublikasında 1000-ə yaxın 
								azərbaycanlı tələbənin müxtəlif ixtisaslara 
								yiyələnməsini müsbət hal kimi dəyərləndirib. 
								Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi 
								üçün atılacaq addımları diqqətə çatdıran nazir 
								yaxın gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın 
								öz bəhrələrini verəcəyini bildirib.  
								
								
								Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir 
								sıra digər məsələlər ətrafında fikir mübadiləsi 
								aparılıb.  |