| 
								 
								 Bağça-Məktəb-Lisey 
								Kompleksində məşhur rus yazıçısı Mixail 
								Şoloxovun "Don hekayələri" kitabının çapdan 
								çıxmasının 75 illiyinə həsr olunan "açıq dərs" 
								keçirildi.  Daha çox təqdimat və şagirdlərin 
								mövzu ilə bağlı öyrəndiklərinin nümayişi 
								şəklində təşkil edilən "açıq dərs"i  kompleksin 
								direktoru, rəhbərlik etdiyi müəssisədə bir sıra 
								uğurlu layihələr həyata keçirmiş Qafar Hüseynov 
								aparıb. O, "açıq dərs"in məqsədi barədə məlumat 
								verdikdən sonra şagirdlər  Şoloxovun mənsub 
								olduğu ədəbi və ictimai-siyasi mühitin ab-havasını 
								əks etdirən təqdimatlarla çıxış ediblər. 
								 
								
								
								Şoloxovun həyat və yaradıcılığı ilə bağlı film 
								nümayiş olunub. Şagirdlərin ifasında mahnı və 
								marşlar səsləndirilib, Şoloxovun yaratdığı 
								əsərlər haqqında geniş məlumat verilib. 
								 
								
								
								Dekorasiya, şagirdlərin nitq mədəniyyəti, 
								mövzunu mənimsəyərək onu təqdim etmə bacarığı, 
								həmçinin aktyorluq qabiliyyəti tədbir 
								iştirakçıları tərəfindən maraqla qarşılanıb. 
								"Don hekayələri" əsasında hazırlanan 
								səhnəciklərlə davam edən "açıq dərs"də bütün 
								dövrlərdə uşaqların sülh, əmin-amanlıq arzusunda 
								olduğunu bildirən "Qoy həmişə günəş olsun" 
								mahnısı ilə balacalar Qarabağın düşmən 
								tapdağından azad ediləcəyi günü səbirsizliklə 
								gözlədiklərini bildiriblər. Müstəqil 
								Azərbaycanın üçrəngli bayrağını  dalğalandıran 
								şagirdlər ölkəmizin ərazi bütövlüyünün tezliklə 
								bərpa ediləcəyinə, işğal olunmuş torpaqlarımızın 
								geri qaytarılacağına inamlarını ifadə ediblər.   
								
								
								
								Rəşad ZİYADOV  |