| 
								 
								
								 Bakıdakı 
								313 nömrəli tam orta məktəbdə ADPU-nun fizika 
								fakültəsinin birgə təşkilatçılığı ilə "Təbiət 
								elmlərinin tədrisində fənlərarası inteqrasiya" 
								mövzusunda elmi-praktik konfrans keçirilib. 
								
								
								Konfransı giriş sözü ilə məktəbin direktoru 
								Zakir Bayramov açaraq təhsil ocağının son 
								illərdə qazandığı uğurlardan danışıb. Bildirilib 
								ki, məktəb 2007-ci ildə tikilərək istifadəyə 
								verilmişdir. Məktəbdə müxtəlif  fənn kabinetləri, 
								iki müasir tipli informatika kabineti şagird və 
								müəllimlərin ixtiyarına verilib. Burada 
								şagirdlərin yüksək bilik əldə etmələri üçün hər 
								cür şərait yaradılıb. Şagird nailiyyətlərindən 
								bəhs edərkən VII sinif şagirdi Cavid Müseyibli 
								2009-cu ildə "Gənc kompüter istedadları" I 
								Respublika müsabiqəsinin qalibi olması, Mövlud 
								Məmmədlinin riyaziyyat fənni üzrə keçirilən 
								olimpiadanın respublika turunda çıxış etməsi və 
								digər uğurlar qeyd edilib. Məzunların son üç 
								ildə respublikanın müxtəlif ali məktəblərinə 
								qəbul olması faizi diqqətə çatdırılıb. 
								
								
								Konfransda ADPU-nun professoru  Mirzəli Murquzov 
								"Müasir təbiətşünaslıq və elmlərin inteqra siyası", 
								məktəbin kimya müəllimi Fəzail Aslanov "Kimya 
								dərslərinin tədrisi zamanı fənlərarası əlaqə", 
								IX sinif şagirdi Kənan Alıyev isə "Təbiət 
								elmlərindən öyrəndiklərim" mövzularında 
								məruzələri dinlənilib 
								
								
								Konfransdan sonra qonaqlar məktəblə yaxından 
								tanış olaraq fənn kabinetləri və 
								laboratoriyalarda olublar. 
								
								
								Professor M.Murquzov məktəbdə təlim-tərbiyənin 
								yüksək səviyyədə olduğundan məmnun olduğunu, 
								ADPU-nun tələbələrinin pedaqoji təcrübələrinin 
								təhsil müəssisəsində keçirilməsinin əlverişli 
								olacağını bildirib.  
								
								
								
								Şakir CƏFƏROV, 
								ADPU-nun dissertantı  |