| 
								 
								
								Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
								maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət 
								büdcəsinin vəsaiti hesabına təhsil alan 
								doktorantlara, ali təhsil, orta ixtisas və ilk 
								peşə-ixtisas təhsili müəssisələrinin 
								tələbələrinə və şagirdlərinə dövlət qayğısını 
								artırmaq və onların sosial müdafiəsini 
								gücləndirmək məqsədi ilə  
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1. "Doktorantlara, ali təhsil, orta ixtisas və 
								ilk peşə-ixtisas təhsili müəssisələrinin 
								tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin 
								artırılması haqqında" Azərbaycan Respublikası 
								Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 
								nömrəli Sərəncamı (Azərbaycan Respublikasının 
								Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 9, maddə 
								785) ilə doktorantlara, ali təhsil 
								müəssisələrində adlı təqaüd alan tələbələrə, 
								magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi 
								qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi 
								üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə 
								oxuyan tələbələrə, orta ixtisas təhsili 
								müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi 
								qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas 
								təhsili müəssisələrinin şagirdlərinə müəyyən 
								edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il 
								dekabrın 1-dən 10 faiz artırılsın. 
								
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu sərəncamdan irəli gələn məsələləri həll etsin.  
								
								
								
								İlham ƏLİYEV, 
								Azərbaycan Respublikasının Prezidenti 
								Bakı şəhəri, 27 dekabr 2011-ci il 
								  | 
								  |