| 
								 
								
								 Təhsil Nazirliyi kollegiyasının 
								"2008-2011-ci  illərdə keçirilmiş "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələrinin yekunları haqqında" 
								03.12.2011-ci il tarixli qərarının icrasını 
								təmin etmək məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. "2008-2011-ci illərdə keçirilmi 
								
								
								ş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı 
								müəllim" müsabiqələrinin yekunları haqqında" 
								arayış və nazirliyin kollegiyasının müvafiq 
								qərarı nəzərə alınsın. 
								
								
								2. Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin 2007-ci il 4 sentyabr tarixli, 
								2373 nömrəli Sərəncamına uyğun olaraq, hər il 
								ölkədə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən 
								yaxşı müəllim" müsabiqələrinin  keçirilməsi, 
								müsabiqə qaliblərinin yüksək məbləğdə pul 
								mükafatı ilə mükafatlandırılması Azərbaycan 
								dövlətinin, bilavasitə dövlət başçısı cənab 
								İlham Əliyevin təhsilə və təhsil işçilərinə 
								müntəzəm diqqət və qayğısının real təzahürü kimi 
								qiymətləndirilsin. 
								
								
								3. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı 
								müəllim" müsabiqələrinin ümumi təhsil sistemində 
								yaradıcı fəaliyyətə, islahatyönümlü  tədbirlərin 
								davamlı  və sistemli  surətdə həyata 
								keçirilməsinə, təhsil innovasiyalarının səmərəli 
								tətbiqinə geniş imkanlar açdığı qeyd edilsin. 
								
								
								4. Naxçıvan MR  Təhsil Nazirliyi, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, 
								rayon (şəhər) təhsil şöbələri, nazirlik 
								nəzdindəki ümumi təhsil müəssisələrinin 
								direktorları: 
								
								
								4.1. Bu əmri və əlavə olunmuş arayışı məktəb 
								rəhbərlərinin, pedaqoji kollektivlərin diqqətinə 
								çatdırsınlar, arayışdakı təhlilə əsasən, müvafiq 
								tədbirlərin görülməsini təmin etsinlər. 
								
								
								4.2. Müsabiqə qaliblərinin iş təcrübəsinin 
								öyrənilib yayılması, qalib adını qazanmış fənn 
								müəllimlərinin və məktəblərin direktorlarının 
								təqdimatlarının, nümunəvi dərslərinin təşkili, 
								onların rəğbətləndirilməsi, əməyinin 
								stimullaşdırılması üzrə əlavə tədbirlərin həyata 
								keçirilməsi sahəsində ardıcıl iş aparsınlar. 
								
								
								4.3. Bir sıra məktəb və müəllimlərin aidiyyəti 
								müsabiqədə  zəif iştiraklarının və 
								uğursuzluqlarının səbəblərini ətraflı araşdırıb 
								lazımi nəticə çıxarsınlar. 
								
								
								5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 
								bu müsabiqələrin növbəti illərdə də səmərəli 
								təşkili və yekunlaşdırılması istiqamətində 
								zəruri tədbirlərin vaxtında həyata keçirilməsini 
								təmin etsinlər. 
								
								
								6. Ümumi şöbə ( X.Fərəcov) əmrin əlavəsi ilə 
								çoxaldılıb yerli təhsil orqanlarına 
								çatdırılmasını təmin etsin. 
								
								
								7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını təmin 
								etsin. 
								
								
								8. Əmrin icrasına nəzarəti öz üzərimdə 
								saxlayıram.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								27 dekabr 2011-ci il  |