| 
								 
								
								 Bayram 
								İdris oğlu Səmədov  1996-cı ildə Masallı 
								rayonunda anadan olub. O,  7 yaşından idmanın 
								qaydasız döyüş növü ilə AHİTA idman zalında 
								məşğul olur.  Bakının Nərimanov rayonundakı 45 
								nömrəli tam orta məktəbin IX sinif şagirdidir. 
								Uşaq yaşlarından idmana böyük həvəs göstərən 
								Bayram təcrübəli məşqçi müəllim Azad Əsgərovun 
								yetirməsidir. O, 2008-2009 - cu illərdə 
								Azərbaycan çempionu, 2010-cu ildə isə Dağıstanın 
								Mahaçqala şəhərində keçirilən beynəlxalq 
								turnirdə I yerə layiq görülüb. Onun ən böyük 
								uğuru 2011-ci ildə Macarıstanın Tomasi şəhərində 
								30-a yaxın ölkənin iştirakı ilə keçirilən dünya 
								çempionatında bütün yarışlarda qələbə qazanaraq 
								I yerə çıxması olub.  
								
								
								
								Bayram Səmədovun dediklərindən: 
								
								
								-Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu 
								kimi idman sahəsində də dünya ölkələri 
								içərisində öz sözünü deyir. İdmançılarımız dünya 
								arenalarında ölkəmizi layiqli təmsil edirlər. 
								Xoşbəxt bir xalqıq ki, bizim gənc və 
								yeniyetmələrimiz pis vərdişlərə deyil, məhz 
								idmana maraq göstərirlər.  Məndə idmana marağı 
								idmançılarımızın parlaq qələbələri oyatdı. Arzu 
								edirdim ki, mən də onlar kimi ölkəmizi 
								beynəlxalq yarışlarda layiqincə təmsil edim, 
								üçrəngli bayrağımızı zirvələrə ucaldaraq 
								himnimizi səsləndirim. Mənə elə gəlir ki, 
								idmançı üçün bundan əziz heç nə ola bilməz.
								 
								
								
								2011-ci il mənim həyatımda çox düşərli və uğurlu 
								oldu. Bu ildə mən dünya çempionu oldum. 
								Fürsətdən istifadə edib qarşıdan gələn 31 dekabr 
								- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 
								Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm. 
								Arzu edirəm ki, 2012-ci il xalqımıza yola 
								saldığımız ildən yaxşı uğurlu il olsun. Düşmən 
								tapdağı altında olan torpaqlarımız tezliklə geri 
								qaytarılsın.   
								
								
								
								Rəşad ZİYADOV  |