| 
								 
								
								 Dekabrın 
								23-də Bakının Xətai rayonundakı E.Yəhyayev adına 
								56 nömrəli tam orta  məktəbdə riyaziyyat aylığı 
								çərçivəsində "Riyaziyyat elmlərin açarı, hesab 
								isə onun bölünməz hissəsidir" adlı riyaziyyat 
								gecəsi keçirildi. Tədbir iştirakçıları əvvəlcə 
								məktəbin dəhlizində təşkil olunan şagirdlərin əl 
								işləri ilə tanış oldular.  
								
								
								Daha sonra proqrama uyğun olaraq riya 
								
								
								ziyyat gecəsinə həsr edilmiş musiqili tədbir 
								keçirildi. Qonaqları məktəb kollektivinə təqdim 
								edən təhsil ocağının direktoru Hicran  Qarayeva 
								aylıq çərçivəsində görülən işlərdən və 
								riyaziyyat elminin uşaqların hərtərəfli 
								inkişafındakı rolundan söz açdı.  
								
								
								Riyaziyyat fənninə aid şeirləri, mahnıları 
								şagirdlər ifa etməklə gecəyə xüsusi rəng 
								qatdılar.  Çıxış edənlər gecənin yüksək 
								səviyyədə keçirilməsindən və şagirdlərin 
								rəngarəng çıxışlarından razı qaldıqlarını 
								bildirdilər.  
								
								
								Qonaqlar şagirdlərə dərslərində həmişə yaxşı 
								oxumağı, xalqımıza və dövlətimizə layiqli 
								vətəndaş olmağı arzuladılar.  
								
								
								Sonda şagirdlər tərəfindən riyaziyyat fənninə 
								aid səhnəciklər göstərildi.   
								
								
								Rəşad ZİYADOV   |