| 
								 
								
								 Dekabrın 
								21-də "Riyaziyyat aylığı" çərçivəsində Bakı 
								şəhəri Sabunçu rayonu Eynulla Ağayev adına 198 
								nömrəli tam orta məktəbdə də tədbir keçirildi. 
								
								
								Məktəbdə keçirilən "Əyləncəli riyaziyyat 
								gecəsi"ndə tanınmış riyaziyyatçılar Malik Aranlı, 
								Yusif Qasımov, Sabir Rüstəmov, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin məsləhətçisi Elmira xanım, 
								İdarənin Sabunçu rayonu üzrə metodbirləşmə 
								mərkəzinin əməkdaşı Alı müəllim, qonşu 
								məktəblərin direktorları və digər qonaqlar 
								iştirak edirdilər. 
								
								
								Tədbir məktəblilərin ifasında himnlə başladı. 
								Sonra 11 "a" sinif şagirdi Gülnar Mirzəyevanın 
								ifasında "Xalq -Heydər" mahnısının sədaları 
								altında ümummilli liderimiz Heydər Əliyevə həsr 
								olunmuş kinolentin nümayişi oldu. 
								
								
								"Əyləncəli riyaziyyat gecəsi"ni giriş sözü ilə 
								məktəbin direktoru Şəlalə Nadirova açaraq 74 
								yaşlı məktəbin uğurlarından və qarşıda duran 
								vəzifələrindən söz açdı. 
								
								
								Məktəbin həm ibtidai, həm də V-XI sinif 
								şagirdləri öz bacarıq və biliklərini nümayiş 
								etdirdilər. Dahi şəxsiyyətlərin riyaziyyat 
								haqqında aforizmləri, yumoristik dialoqlar, 
								şeirlər səsləndi, səhnəciklər göstərildi. Ayrı-ayrı 
								siniflərin riyaziyyata həsr olunmuş divar 
								qəzetlərinin nümayişi isə təqdirəlayiq bir hal 
								kimi qarşılandı.  
								
								
								Tədbirdə əməkdar müəllim Malik Aranlı gecəni çox 
								yüksək qiymətləndirdiyini bildirərək qeyd etdi 
								ki, bu gün respublikamızda riyaziyyat elminə 
								maraq çox artmışdır.  
								
								
								Ulu öndər Heydər Əliyevin "Təhsil millətin 
								gələcəyidir" müdrik kəlamını söyləyən 11 "a" 
								sinif şagirdi Kamran İsayev "Azərbaycan" mahnısı 
								ilə gecəni yekunlaşdırdı.  
								
								
								Tədbirin təşkil olunmasında məktəbin riyaziyyat 
								müəllimləri Törə Rəhimova, Arzu Əhmədova, Leyla 
								Əliyeva, Bülbül Nəcəfova, Könül Zeynalova, eləcə 
								də ibtidai sinif müəllimi Xanımbacı Əhmədovanın 
								əməyi böyükdür. Bu tədbir bir daha sübut etdi ki, 
								bu təhsil ocağında istedadlı şagirdlər çoxdur. 
								Şagirdlərin qarşısında bu gün geniş elm meydanı 
								açılmışdır.   |