| 
								 
								
								Hər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, 
								ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz 
								düşür.  Bu gün belə müəllimlərdən biri də 1974-cü 
								ildən İmişli rayon  Qaralar kənd orta məktəbində 
								rus dili müəllimi işləyən Yusif Mayılovdur. 
								
								
								Onun işlədiyi  məktəbdə kiçikyaşlı şagirdlərdən 
								tutmuş direktora kimi Yusif müəllim haqqında 
								nəsə soruşmaq istəsən, ağızdolusu şirin sözlər, 
								hörmətli kəlmələr eşidərsən. Onu bu mərtəbəyə 
								halal zəhməti və  ürəyinin odu gətirib. 
								
								
								"Mənim ən böyük mükafatım şagirdlərimin mənə 
								olan məhəbbətidir. Onların şəfqət və məhəbbət 
								dolu baxışları mənim üçün hər şeydir"- deyən   
								Yusif müəllim  müəllimlik sənətini ürəkdən sevir 
								və  böyük həvəslə çalışır. 
								
								
								Yusif müəllim ailə üzvləri ilə birlikdə  yeni il 
								yanvarın 1-də 63 yaşını qeyd etməyə hazırlaşır. 
								Ad günündə ona ünvanlanan təbriklərə biz də 
								qoşularaq Yusif müəllimə  həyatda ən şirin nemət 
								olan cansağlığı, şərəfli və məsuliyyətli işində 
								isə uğurlar diləyirik.  |