| 
								 
								
								 Bakıdakı 
								229 nömrəli orta məktəbdə ADPU-nun  professoru, 
								riyaziyyatçı alim Əlif Məmmədovla görüş 
								keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin 
								direktoru Fəridə Bağırova   məktəbdə  riyaziyyat  
								aylığının yekunu barədə məlumat verib  və  
								qonağı  tədbir iştirakçılarına təqdim edib. 
								
								
								Professor Əlif Məmmədov  tədbirdə dərs dediyi 
								tələbələrini görməyindən çox məmnun olduğunu 
								bildirib. Sonra  riyaziyyat elmi  barəsində 
								ətraflı danışan professor    müəllimləri 
								maraqlandıran suallara da cavab verib. 
								
								
								Tədbirdə şagirdlər riyaziyyata aid şeir söyləyib, 
								ədəbi-bədii kompozisiya  göstəriblər.  
								 
								
								
								Sonda məktəbin riyaziyyat müəllimləri professor 
								Əlif Məmmədovla birlikdə xatirə  şəkli 
								çəkdiriblər.         
								
								
								Şakir CƏFƏROV  |