| 
								 
								
								 Bakıdakı 
								58 nömrəli orta məktəbdə  riyaziyyat müəllimi  
								Rəqsanə İbrahimovanın  IX "a" sinfində "Simmetriya" 
								mövzusunda  "açıq dərs"i keçirildi. Dərs 
								motivasiya, qruplarla iş, şagird təqdimatı, yeni  
								mövzunun əlaqələndirilməsi, testlərlə 
								möhkəmləndirilməsi, şagirdlərin  
								qiymətləndirilməsi və ev tapşırığının verilməsi  
								mərhələsi üzrə təşkil olunmuşdur.  Şagirdlər  3 
								qrupa bölünmüşdülər.  Qruplar üzrə keçirilən 
								"açıq dərs"də   2-ci  qrupun üzvləri  bilik 
								yarışında qalib çıxdılar. 
								
								
								Sonra  "dəyirmi masa" arxasında  "açıq dərs" 
								təhlil olundu. Məktəbin direktoru  Ulduzxan 
								Abdullayev, riyaziyyat üzrə metodbirləşmənin 
								sədri Ofelya Bəbişova, riyaziyyat 
								müəllimlərindən Şəhla Süleymanova,  Sevinc 
								Hüseynova, Mətanət Şıxəliyeva və başqaları 
								bildirdilər ki,  Rəqsanə İbrahimova   təlimdə 
								interaktiv təlim metodlarından istifadə etməklə 
								"açıq dərs"ini müasir dərsə verilən tələblər 
								səviyyəsində keçdi. Dərsdə əyaniliyə  daha geniş 
								yer verildi və şagirdlərin fəallığı tam təmin 
								olundu. 
								
								
								"Açıq dərs" diskussiya şəklində başa çatdı.  
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |