| 
								 
								
								Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
								maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 
								Azərbaycan Respublikasında körpələr evlərinin, 
								körpələr evi-uşaq bağçalarının, uşaq 
								bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq 
								evlərinin fəaliyyətinin müasir tələblər 
								səviyyəsində qurulmasını, uşaqların intellektual, 
								fiziki və psixoloji inkişafı üçün lazımi 
								şəraitin yaradılmasını təmin etmək məqsədi ilə   
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq 
								bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları 
								və uşaq evləri yerli icra hakimiyyəti 
								orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra 
								Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər 
								İcra Hakimiyyətinin) tabeliyinə verilsin. 
								
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								iki ay müddətində:  
								
								
								2.1. Azərbaycan Respublikası Prezidentinin 
								aktlarının bu sərəncama uyğunlaşdırılması ilə 
								bağlı təkliflərini hazırlasın və Azərbaycan 
								Respublikasının Prezidentinə təqdim etsin; 
								
								
								2.2. Azərbaycan Respublikası Nazirlər 
								Kabinetinin normativ hüquqi aktlarının bu 
								sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu 
								barədə Azərbaycan Respublikasının Prezidentinə 
								məlumat versin; 
								
								
								2.3. bu sərəncamdan irəli gələn digər məsələləri 
								həll etsin.  
								
								
								3. Azərbaycan Respublikası Prezidentinin 
								Administrasiyası Azərbaycan Respublikası 
								Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 
								nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra 
								hakimiyyətləri haqqında Əsasnamə"də bu 
								sərəncamla bağlı zəruri dəyişikliklərin 
								layihəsinin bir ay müddətində hazırlanıb 
								Azərbaycan Respublikasının Prezidentinə təqdim 
								olunmasını təmin etsin.  
								
								
								 İlham ƏLİYEV,  
								Azərbaycan Respublikasının Prezidenti 
								Bakı şəhəri, 27 dekabr 2011-ci il  |