| 
						 
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. 20 Yanvar faciəsinin iyirmi ikinci  ildönümünün 
						keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər 
						planı təsdiq edilsin (əlavə olunur). 
						
						
						2. Tədbirlər planına müvafiq olaraq bütün təhsil 
						müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın 
						azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin 
						xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata 
						keçirilsin. 
						
						
						3. Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili 
						müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil 
						şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər 
						barədə 26 yanvar 2012-ci il tarixinədək nazirliyə 
						hesabat təqdim etsinlər. 
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan 
						müəllimi" qəzetində dərc etdirsin və tədbirlər planı ilə 
						birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində 
						yerləşdirsin.  
						
						
						5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının 
						çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 
						
						
						6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova  
						həvalə edilsin.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						23 dekabr 2011-ci il  |