| 
						 
						
						2012-ci ilin iyun ayında Londonda  keçiriləcək  XXX Yay 
						Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman 
						növlərini məktəblilər arasında təbliğ etmək məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən çox 
						sevdiyim idman növü" mövzusunda Respublika rəsm 
						müsabiqəsi keçirilsin. 
						
						
						2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi 
						təsdiq olunsun (əlavə olunur). 
						
						
						3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,  rayon, şəhər 
						təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə 
						təşkilini təmin etsinlər. 
						
						
						4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) 
						müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini 
						təmin etsin. 
						
						
						5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə 
						bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər 
						Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər 
						smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş 
						vəsait hesabına müəyyən edilmiş qaydada həyata 
						keçirilsin.     
						
						
						6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan 
						müəllimi"   qəzetində dərc etdirsin və əsasnamə ilə 
						birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
						 
						
						
						7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldıb 
						yerlərə göndərsin. 
						
						
						8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova 
						həvalə olunsun.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						23 dekabr 2011-ci il  |