| 
						 
						
						"Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi 
						haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 
						noyabr 2011-ci il tarixli, 1859 nömrəli  Sərəncamının 
						icrasını təmin etmək məqsədi ilə   
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Ziya Musa oğlu  Bünyadovun 90  illik  yubileyinin 
						keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil 
						Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə 
						olunur). 
						
						
						2. Ali təhsil müəssisələrinin rektorlarına Tədbirlər 
						planının icrasının  təmin edilməsi və görülmüş işlər 
						haqqında məlumatın 2012-ci il 10 iyun  tarixinədək  
						Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın. 
						
						
						3. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova) əmrdən 
						irəli gələn məsələləri həll etsin. 
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını təmin etsin. 
						
						
						5.  Əmrin icrasına nəzarətı öz üzərimə götürürəm.    
						
						
						
						 Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						16 yanvar 2012-ci il   |