| 
						 
						
						Xocalı soyqırımının iyirminci  ildönümünün təhsil 
						müəssisələrində qeyd olunması məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi 
						ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq 
						edilsin (əlavə olunur). 
						
						
						2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər 
						təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk 
						peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində 
						olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər 
						planının  icrasını təmin etsinlər. 
						
						
						3.   İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı 
						ilə birlikdə nazirliyin İnternet səhifəsində 
						yerləşdirilməsini təmin etsin. 
						
						
						4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının 
						çoxaldılıb yerlərə göndərilməsini təmin etsin. 
						
						
						5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						19 yanvar 2012-ci il  |