| 
						 
						
						Yanvarın 30-da Gənclər və İdman Nazirliyinin 
						təşkilatçılığı ilə E.Mirzəyev adına sağlamlıq imkanları 
						məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat-məktəbdə 2 
						fevral - Gənclər Gününə həsr olunmuş tədbir 
						keçirilmişdir. Tədbirdə nazirliyin nümayəndəsi Nərmin 
						Bağırova çıxış edərək görüşün əsas məqsədinin yeniyetmə 
						və gənclərin asudə vaxtının səmərəli təşkili, onlara 
						dövlət qayğısının daha da artırılması olduğunu 
						bildirmişdir.   
						
						
						Tədbir çərçivəsində rəngarəng konsert proqramı təqdim 
						edilmişdir. Sonda sağlamlıq imkanları məhdud uşaqlara 
						hədiyyələr verilmişdir.  
						
						
						
						AzərTAc  |