| 
						 
						
						Azərbaycanın Milli Qəhrəmanı, şəhid  E.Tağızadənin adını 
						daşıyan  Bakıdakı 164 nömrəli  tam orta məktəbdə tarix 
						müəllimləri  Nailə Manafova  və Səbinə  Şahmalıyevanın  
						təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı, şərqşünas 
						alim, tarixçi, Azərbaycan  EA-nın vitse-prezidenti, 
						Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, mərhum  
						Ziya Bünyadova həsr edilmiş "dəyirmi masa" keçirilib. 
						Müəllimlər çıxış edərək  alimin həyat yolu barədə  
						tədbir iştirakçılarına  ətraflı məlumat veribər. 
						Məktəbin direktoru Kəmalə Qədirova  isə  çıxışında  Ziya 
						Bünyadovun gözəl tarixçi alim olduğunu, onun 
						Azərbaycanın tarixini gözəl bildiyini, öz çıxışlarında  
						dəfələrlə saxtakar erməni tarixçilərini qamçıladığını, 
						onların əsassız faktlara söykənən iddialarını ifşa 
						etdiyini  qeyd edib.  
						
						
						Şagirdlərdən  Arif  Mustafayev, Güllü Məmmədova, Xanım 
						Həsənova və başqaları çıxış edərək  görkəmli alimin 
						tarixi axtarışlarından, Azərbaycan xalqı qarşısında  
						gördüyü işlərdən danışıb.  
						
						
						Sonra şagirdlərin görkəmli  alimə həsr etdikləri  
						prezentasiyalara baxış keçirilib.            
						
						
						
						Sifai SƏFƏROVA  |