| 
						 
						
						 Yanvarın 
						21-də Bakıdakı  229 nömrəli tam orta məktəbdə coğrafiya 
						müəllimi Rəhilə Qarayevanın VIII "c" sinfində  İKT -nin 
						tətbiqi ilə "Meşələr, dağ və dağ meşələri" mövzusunda  "açıq 
						dərs"i oldu. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin  
						coğrafiyaya dair  əl işlərindən ibarət sərgi ilə tanış 
						oldular.  
						
						
						Sonra qonaqlar "açıq dərs"də iştirak etdilər. Dərs 
						prosesində əqli hücum, müqayisə, diskussiya və s. 
						üsullardan məharətlə istifadə olundu. Dərsin bütün 
						mərhələlərində  müxtəlif mövzuları əhatə edən şəkillər, 
						dialoqlar, cümlələr səkkizincilərə elektron lövhədə 
						göstərildi.  Sonra şagirdlər arasında bilik yarışı 
						təşkil olundu. Əvvəlcə şagirdlər üç qrupa - "Qarabağ", "Şah 
						dağ", "Göy-göl" qruplarına  bölündü. Müəllim Rəhilə 
						Qarayeva yarışın keçirilmə qaydası və şərtləri haqqında 
						məlumat verdi.  Sonra təhlil olunacaq mövzu haqqında 
						ümumi anlayış yaradıldı. Respublikamızın tarixi, 
						yerləşdiyi coğrafi ərazi,  regionu, təbii sərvətləri, 
						iqtisadiyyatı, əlverişli iqlimi,  Xəzər dənizinin gəlir 
						gətirən sahələri haqqında geniş məlumat verildi. Müəllim  
						Azərbaycanı müstəqil ölkə kimi təbii sərvətləri ilə 
						dünyaya tanıtdıran ulu öndər Heydər Əliyevin əvəzsiz 
						xidmətlərindən danışdı. Hər qrupun şagirdlərinə 
						ölkəmizin coğrafi ərazisi, təbii sərvətləri,  əlverişli  
						iqlimi haqqında müxtəlif  suallar  verildi.  Şagirdlər  
						sualları çətinlik çəkmədən cavablandırdılar. Bilik 
						yarışı kompüterlə virtual formada aparılır, şagirdlər 
						suallara verdikləri cavabların düz olub-olmadığını 
						proyektor vasitəsi  ilə  ekranda görürdülər. Sonra 
						krossvord şəklində mövzuya aid sözlər şagirdlərə  təqdim 
						olundu. Hər qrupun lideri verilən tapşırığın yerinə 
						yetirilməsi haqqında məlumat verdi. "Meşələr, dağ və dağ 
						meşələri" mövzusuna aid respublikamızın əlverişli 
						coğrafi ərazisi və təbii sərvətləri haqqında şagirdlərə 
						film nümayiş  etdirildi.  Müəllim şagirdlərdən ibarət 
						münsiflər heyətinin birgə razılığı  ilə qrupları 
						qiymətləndirdi.  
						
						
						Tədbirin sonunda məktəbin direktoru Fəridə Bağırova 
						çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və 
						şagirdlərin yüksək bilik və hazırlıq nümayiş etdirdiyini 
						bildirdi. Müzakirələrdə "açıq dərs" qonaqlar tərəfindən 
						yüksək qiymətləndirildi.   
						
						
						
						Rəşad ZİYADOV   |