| 
						 
						
						Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının 
						bir qrup müəllim və tələbəsi Bakının Xəzər rayonunun 
						Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evinin qonağı 
						olub. Sumqayıtlı qonaqlar uşaq evinin balaca sakinlərinə 
						televizor və müxtəlif  hədiyyələr bağışlayıblar. 
						
						
						Həmin gün burada qonaqların və uşaqların ifasında bir-birindən 
						şən mahnılar səslənib, əyləncəli oyunlar nümayiş edilib. 
						Uşaq evinin sakinləri üçün keçirilən bu tədbir onlara 
						bol-bol sevinc, təbəssüm və xoş əhvali-ruhiyyə bəxş edib.  |