| 
						 
						
						Bu günlərdə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə "Azərbaycan 
						bölünməz" devizi ilə hərbi vətənpərvərlik tərbiyəsi 
						mövzusunda tədbir keçirilib. Mərasimi giriş sözü ilə 
						məktəbin direktoru Bəhruz Səlimxanov açaraq, hərbi 
						vətənpərvərlik tərbiyəsi ilə bağlı keçirilən tədbirlərin 
						əhəmiyyətindən danışıb, şagirdləri doğma Vətəni sevməyə, 
						onu hər zaman, hər an göz-bəbəyi kimi qorumağa çağırıb. 
						Tədbirdə məktəbin şagirdləri Vətənə məhəbbət, 
						qəhrəmanlıq, şəhidlik mövzularında mahnılar oxuyub, 
						şeirlər söyləyib və üçrəngli Azərbaycan bayrağına daim 
						sədaqətli olacaqlarını bildiriblər.  
						
						
						
						Ələsgər QURBANOV   |