| 
						 
						
						 "Bakı" 
						nəşriyyatının "İnnovativ tədris vəsaitləri" seriyasına 
						daxil olan  "Zoologiya 7-8" vəsaiti Təhsil Nazirliyinin 
						qrifi ilə 2012-ci ilin ilk ayında - yanvarda  çapdan 
						çıxmışdır.  
						
						
						Yaşar Seyidli, Qiyas Quliyev və Xumar Əhmədbəylinin 
						müəllifliyi ilə hazırlanmış "Zoologiya 7-8" vəsaiti 
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2011-ci ildə 
						keçirdiyi dərslik müsabiqəsinin qaliblərindəndir. 
						
						
						Vəsaitin əsas xüsusiyyəti onun tədris proqramına tam 
						uyğun olmasıdır. Kitabda müsabiqəyə təqdim olunan 
						struktur saxlanılmış və tədris metodikasının müasir 
						tələbləri  nəzərə alınmışdır.  
						
						
						İlk dəfə tətbiq olunan yeni tərtibat - illüstrativ 
						kompozisiyalar, erqonomik dizayn, sual və tapşırıqlar, 
						terminlərin qısa şərhi, elektron nəşrlərlə işləmək 
						imkanı, laboratoriya işləri və test nümunələri tədris 
						materialının şagird tərəfindən mənimsənilməsinə faydalı 
						yardımçı olacaq.  
						
						
						Müəllif qrupu və nəşriyyatın kollektivi vəsaitin 
						istifadəçilərinə əvvəlcədən minnətdarlığını bildirir, 
						onlardan arzu və təkliflərini nəşriyyatın bn@bakineshr.az  
						ünvanına göndərmələrini xahiş edir.  
						
						
						Yeni vəsait - "Zoologiya 7-8" Təhsil Nazirliyinin müasir 
						dövrdə apardığı dərslik siyasətinin  təhsilimizə verdiyi 
						layiqli töhfələrindəndir.   |