| 
						 | 
					 
					
								
						
							
| 
		 
		
		Beynəlxalq təhsil xəbərləri   | 
							 
							 
								 | 
								 
					
								| 
						  | 
								 
					
								
						
							
								| 
								 
								
								Belarus Boloniya prosesinə hazır deyil  | 
							 
							
								| 
								 
								
								Belarus Avropa ali təhsil məkanına inteqrasiyaya 
								hazır deyil. Bu barədə  Boloniya prosesinin işçi 
								qrupunun Kopenhagendə keçirilmiş iclasında qərar 
								qəbul olunub.  Danimarkanın Elm, İnnovasiya və 
								Ali Təhsil Nazirliyinin məlumatında qeyd olunur 
								ki, Boloniya prosesinə qoşulmuş 47 ölkənin 
								iştirakı ilə keçirilmiş iclasda Belarusun 
								beynəlxalq təhsil məkanına qoşulması barədə 
								ərizəsinə baxılıb. Boloniya prosesinin işçi 
								qrupunun rəyində qeyd olunur ki, Belarus özünün 
								təhsil sistemində islahatlar aparmalıdır. 
								Danimarkanın elm, innovasiya və ali təhsil 
								naziri Morten Osterqaardın sözlərinə görə, "biz 
								ümid edirik ki,  Avropa ali təhsil məkanı bir 
								gün təhsil sahəsində ciddi islahatlar həyata 
								keçirən Belarusu Boloniya prosesinin üzvü kimi 
								alqışlayacaq". 
								
								
								Qeyd edək ki, Boloniya prosesinə üzvlük milli 
								təhsil sisteminin qanunvericilik aktlarının 
								kökündən dəyişdirilərək Avropa ali təhsil 
								arxitekturasına uyğunlaşdırılmasını, ali 
								məktəblərin muxtariyyətinin, ali məktəb 
								heyətinin və tələbələrin akademik azadlıqlarına 
								təminat verilməsidir. Təhsil sistemində köklü 
								dəyişikliklərin üçüncü mərhələsi akademik dərəcə 
								və ixtisas sistemində, eləcə də keyfiyyətə 
								nəzarət sistemində  islahatların keçirilməsidir. 
								Xatırladaq ki, Belarus cari ilin sonlarına kimi 
								Boloniya prosesinə üzvlüyə ümid edir. Bu məsələ 
								apreldə Buxarestdə Boloniya prosesinə üzv 
								ölkələrin nümayəndələrinin iştirakı ilə 
								keçiriləcək iclasda bir daha müzakirə olunacaq.    
								  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Almaniya universitetlərinin reytinq cədvəli 
								açıqlanıb  | 
							 
							
								| 
								 
								
								 Almaniya 
								Təhsilin İnkişafı Mərkəzi  (Centrum für 
								Nochschulentwicklung, CNE) alman 
								universitetlərinin "Vielf?ltige Exzellenz 2011" 
								reytinq cədvəlini tərtib edib. Xüsusi 
								araşdırmalar gedişində ekspertlər 4 parametr 
								üzrə universitetləri qiymətləndiriblər: elmi 
								tədqiqatların inkişaf səviyyəsi, tədris olunan 
								materialın tətbiqolunma dərəcəsi, beynəlxalq 
								istiqamət və tələbələrə münasibət.  
								
								
								Ölkənin 84 ali məktəbindən 71-i profil 
								istiqamətlərdən ən azı biri üzrə ən yüksək 
								nəticə göstəriblər.    Təhsilalanlara daha 
								yüksək qayğı Manheym Universiteti və Cənubi 
								Vestfaliya Ali Məktəbində göstərilir. Praktiki 
								biliklər sahəsində liderlik Erlangen-Nürnberq 
								Universitetinə məxsusdur. Bu kateqoriya üzrə 
								adıçəkilən universitet ekspertlər tərəfindən 
								təklif olunmuş ixtisaslar - ölkə iqtisadiyyatı, 
								dünya iqtisadiyyatı, pedaqogika, elektrotexnika, 
								informasiya  texnologiyaları və maşınqayırma 
								üzrə ən yüksək qiymət alıb.   
								
								
								Daha geniş beynəlxalq əlaqələr və xarici 
								tələbələrin və müəllimlərin sayına görə Berlin 
								Texniki Universiteti, Drezden Texniki 
								Universiteti, Manheym Universiteti ali 
								məktəblərin siyahısına  başçılıq edirlər.  
								 
								
								
								Münhen Lüdviq-Maksimillian Universiteti müxtəlif 
								fənlər üzrə elmi  tədqiqat işlərinə görə şöhrət 
								qazanıb.      | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Avstraliyada xarici tələbələrə təhsil borcları 
								verilə bilər  | 
							 
							
								| 
								 
								
								 Avstraliya 
								hökuməti xarici tələbələrə təhsil borclarının 
								təqdim olunması ideyasını müzakirə edir. Xarici 
								tələbələr təhsil dövründə aldıqları borcları ali 
								məktəbi bitirdikdən  və işə başladıqdan sonra 
								qaytara bilərlər. Bu təşəbbüs Australian 
								Research Council-in sifarişi ilə həyata 
								keçirilən 3 illik tədqiqat çərçivəsində gözdən 
								keçiriləcək. Bu cür praktika yerli məktəblilər 
								üçün mövcuddur, onlar dövlətdən təhsil borcu ala 
								və onu müəyyən gəlir səviyyəsinə  nail olduqdan 
								sonra qaytara bilmək imkanlarına malikdirlər. 
								 
								
								
								Avstraliya Milli Universitetinin iqtisadiyyat 
								professoru Bryüs Çepmenin sözlərinə görə, bu cür 
								təcrübə xaricdən tələbə axınını cəlb edə və 
								ölkənin beynəlxalq təhsil məkanında rəqabət 
								qabiliyyətini  gücləndirə bilər.  Professora 
								görə, xarici tələbəyə hazırda təhsil üçün ildə  
								20 min Avstraliya dolları lazımdır. Əgər onlar 
								bu pulu sonralar (ali məktəbi bitirdikdən sonra) 
								ödəyə bilsələr, onların Avstraliya təhsil 
								məkanına çıxışı yolunda başlıca maneə aradan 
								qalxmış olar.   
								
								
								   | 
							 
							
								| 
								 
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV     | 
							 
						 
								 | 
								 
					
								| 
				  | 
								 
					
								| 
						  | 
								
						
						
						 | 
								 
					
								| 
				  | 
								 
					
								| 
				
								 | 
								 
					
								| 
				  | 
								 
				 
								 | 
					 
				 
								 | 
								
								 | 
				
								 |