| 
						 
						
						Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il 
						tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 
						Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə 
						Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası ilə 
						bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 
						Britaniya Şurasının rəhbərlik etdiyi konsorsium 
						tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 
						əməkdaşlıq çərçivəsində icra edilən "Peşə təhsili və 
						təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın 
						seçilmiş rayonunda pilot icrası" layihəsinin və "İlk 
						peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və 
						proqramı (kurikulum)"nın təsdiq edilməsi haqqında 
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 
						2010-cu il tarixli, 77 nömrəli Qərarının icrasını təmin 
						etmək məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. İlk peşə-ixtisas təhsili müəssisələrində kadr 
						hazırlanması üçün "Peşə təhsili və təlimi sahəsində 
						islahatlar strategiyası və Azərbaycanın seçilmiş 
						rayonunda pilot icrası" layihəsi tərəfindən hazırlanmış 
						"Aşpaz", "Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel 
						resepsionisti (Mehmanxana inzibatçısı)" ixtisaslarının 
						təhsil proqramları (kurikulumları) təsdiq edilsin (əlavə 
						olunur). 
						
						
						2. Göstərilən ixtisaslar üzrə hazırlanmış kurikulumların 
						pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata 
						keçirilsin. 
						
						
						3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Təhsil 
						Problemləri İnstitutu (A.Mehrabov) göstərilən ixtisaslar 
						üzrə təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə 
						əlaqədar İsmayıllı Peşə Tədris Mərkəzinə əməli kömək 
						göstərsinlər. 
						
						
						4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və 
						İqtisadiyyat şöbəsi (Ş.Əliyev) əmrin icrasından irəli 
						gələn məsələləri həll etsinlər. 
						
						
						5. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoruna 
						tapşırılsın (Z.Muradov): 
						
						
						5.1. Rəhbərlik etdiyi müəssisədə yeni təhsil 
						proqramlarının (kurikulumların) tətbiqini təmin etsin. 
						
						
						5.2. Əmrin icrası ilə əlaqədar rəhbərlik etdiyi təhsil 
						müəssisəsində işçilər, təhsilalanlar və valideynlər 
						arasında izahat işlərinin aparılmasını təmin etsin. 
						
						
						5.3. Dərs cədvəlinin pedaqoji prinsiplərə uyğun tərtib 
						edilməsinə nail olsun. 
						
						
						6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil 
						xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin. 
						
						
						7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						6 fevral 2012-ci il   |