| 
						 | 
					 
					
								
						
							
| 
		 
		
		Beynəlxalq təhsil xəbərləri  | 
							 
							 
								 | 
								 
					
								| 
						  | 
								 
					
								
						
							
								| 
								 
								
								İsveçdə xarici abituriyentlərin sayı artır  | 
							 
							
								| 
								 
								
								İsveç universitetlərində magistr proqramları 
								üzrə təhsil almaq istəyən xarici tələbələrin 
								sayı artır.  Son illər İsveç ali məktəbələrinin 
								populyarlığının aşağı düşməsindən sonra ilk dəfə 
								ölkənin təhsil sistemində ciddi tərəqqi müşahidə 
								olunmaqdadır.  Upsala Beynəlxalq Universitetinin 
								koordinatoru  Kay Svenssonun  sözlərinə görə, 
								magistr proqramları üzrə təhsil almaq istəyən 
								xarici tələbələrin sayı 20 faiz artıb. Bu rəqəm 
								hələlik tam dəqiqləşməyib, lakin magistr 
								proqramlarına meyil edənlərin sayının artması 80 
								faiz Avropa hüdudlarından kənardakı ölkələrin 
								payına düşür. Buna səbəb isə yaxşı marketinq və 
								cəlbetmənin yaxşı şəraitinin mövcud olmasadır. 
								Xarici tələbələr həm də Lund Universitetinin 
								magistr proqramlarına böyük maraq göstərirlər. 
								Cari il ərzində bu universitetdə  magistr 
								proqramları üzrə ərizə verənlərin sayı 20-25 
								faiz artıb. Bütövlükdə isə İsveçdə magistr 
								kurslarında abituriyentlərin sayı 24 faiz 
								artaraq 31233 nəfər təşkil edib.   | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Barak Obama cari təhsil planlarından danışdı  | 
							 
							
								
								
								  | 
								
								 
								
								Amerika prezidenti Barak Obama Miçiqan 
								Universiteti tələbələri qarşısında çıxışında 
								ölkənin təhsil sisteminin möhkəmləndirilməsi 
								üzrə cari planlardan danışıb. Tələbələrin böyük 
								rəğbətini qazanmış çıxışında Barak Obama 
								təhsilin əlyetərliyinin təmin olunması  üzrə 
								başlıca vəzifələrdən bəhs edib.  Prezident bir 
								sıra universitet və kolleclərdə təhsil 
								haqlarının son 20 ildə 2 dəfə qaldırılmasından 
								narazılığını ifadə edib. Onun sözlərinə görə,  
								keyfiyyətli təhsil milli iqtisadiyyatın 
								bərpasının açarıdır.   
								
								
								CNN agentliyinin məlumatına əsasən, prezident 
								amerikalıların ali təhsil almaları üçün 
								qiymətlərə nəzarət olunacağını vəd edib. 
								Prezident qeyd edib ki, ildən-ilə təhsil 
								qiymətlərinin artması Amerikada təhsilin ümumi 
								vəziyyətinə neqativ təsir edir. "Biz qiymətlərin 
								dəyişməsini izləyəcək və qiymətləri həddən çox 
								artıran və ya bunu mütəmadi edən təhsil 
								müəssisələrini məsuliyyətə cəlb edəcəyik. 
								Universitetlər başa düşməlidir ki,  hər il 
								qiymətləri artırmaq olmaz. Biz onlara yaxşılğa 
								doğru stimul verməliyik",-deyə Barak Obama 
								bildrib. O, tələbələrə kömək edəcəyini deyib.
								 
								
								
								Qeyd edək ki, Amerika hökuməti təhsil 
								kreditlərinin həcmini  mütəmadi  olaraq artırmaq 
								niyyətindədir. Bir neçə ildən sonra kreditlərin 
								həcmi 8 milyard dollara çatacaq. Barak Obamanın 
								təhsillə bağlı cari planlarında  təhsil 
								kreditləri üzrə faiz dərəcələrinin qorunub 
								saxlanması və təhsilalanlar üçün iş yerlərinin 
								yaradılması vəzifələri də var. Prezident dövlət 
								ali məktəbləri üzərində nəzarəti həyata keçirən 
								ayrı-ayrı ştatların hökumətlərini təhsil 
								sahəsinə maliyyə vəsaitlərini artırmağa çağırıb. 
								Prezidentin təklifinə əsasən ali məktəblərə 
								göstəriləcək federal yardımların həcmi bir neçə 
								milyard dollar artmalıdır. 
								
								
								Amerikada tələbələrin təhsil və digər əsas 
								ehtiyaclar  üzrə xərcləri orta hesabla 
								17500-32000 dollar arasında dəyişir. Tələbələrin 
								əksəriyyəti iri həcmdə təhsil kreditləri 
								götürməyə məcburdur ki, onların da 
								qaytarılmasına on illərlə vaxt lazım gələ bilər.
								  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Rusiyada pedaqoji ali məktəblər ləğv olunmayacaq  | 
							 
							
								| 
								 
								
								Rusiya Federasiyasında pedaqoji təhsil ayrıca 
								fənn kimi qalacaq. Bu barədə Rusiyanın hökumət 
								başçısı Vladimir Putin Tomsk Universitetinin 
								tələbələri ilə görüşündə bildirib. "Mən əminəm 
								ki, biz pedaqoji təhsili ayrıca istiqamət, 
								ayrıca fənn  kimi inkişaf etdirməliyik. Bu, 
								olduqca həssas və mürəkkəb prosesdir", - deyə 
								V.Putin pedaqoji ali məktəblərin ləğv olunması  
								və onların akademik təhsil müəssisələrinə 
								birləşdirilməsi barədə məsələyə münasibətini 
								bildirib. O, pedaqoji təhsilin kifayət qədər 
								spesifik sahə olduğunu deyib. "Yaxşı fizik və ya 
								riyaziyyatçı olmaq kifayət deyil, həm də pedaqoq 
								olmaq lazımdır, bundan ötrü psixologiyanı, 
								pedaqogikanı bilmək lazımdır, bu ayrı ixtisasdır".
								 
								
								
								Hökumət başçısı bu məsələ barədə ölkənin təhsil 
								naziri ilə məsləhətləşmələr apardığını və 
								pedaqoji ali məktəblərin ləğv olunması kimi bir 
								siyasətin gündəmdə olmadığını deyib.   | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Dünya universitetlərinin veb-saytlarının 
								reytinqi   | 
							 
							
								
								
								  | 
								
								 
								
								Dünya universitetlərinin yeni reytinq cədvəli (Webometrics 
								Ranking of World Universities) açıqlanıb. Cədvəl  
								ali məktəblərin internet-saytlarının keyfiyyət 
								göstəricilərinə əsaslanır. Siyahı ildə iki dəfə 
								İspaniyanın tədqiqat qrupu olan  Cybermetrics 
								Lab tərəfindən tərtib olunur.  İspaniyanın elmi 
								tədqiqatlar üzrə ali şurası yanında Humanitar və 
								İctimai Elmlər Mərkəzində (CCHS-CSIC) təmsil 
								olunan  Cybermetrics Lab dünyanın 20372 
								universitetinə məxsus internet-saytları gözdən 
								keçirib. Tərtibçilər təşkilatın saytında 
								səhifələrin sayı,  digər resurslardan 
								sitatgətirilmə, faylların (cədvəl, təqdimat, 
								mətn) sayı və başqa kriteriyaları nəzərə alıblar.  
								Reytinqin ilk onluğuna aşağıdakı universitetlər 
								daxildir: 1. Harvard Universiteti, 2. 
								Massaçusets Texnologiya Universiteti, 3. 
								Stenford Universiteti, 4. Miçiqan Universiteti, 
								5. Kaliforniya Berkli Universiteti, 6. Kornell 
								Universiteti ,7. Miçiqan Ştat Universiteti, 8. 
								Viskonsi Medison Universiteti, 9. Pittsburq 
								Universiteti,10. Karnegi Mellon Universiteti.  
								İlk  20 universitet arasında Amerikadan olmayan 
								cəmi 2 universitet yer alıb. 18-ci yerdə 
								Kanadanın Toronto Universiteti, 20-ci yerdə isə 
								Braziliyanın San Paulo Universiteti qərarlaşıb.  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Amerika elektron dərsliklərə keçir  | 
							 
							
								
								
								  | 
								
								 
								
								Amerikada 2017-ci ilə qədər bütün dərsliklər 
								elektron dərsliklərlə əvəz olunacaq. Hazırda  
								ABŞ-ın Təhsil Nazirliyi və rabitə üzrə Federal 
								Agentlik (FCC) tərəfindən çap dərslik 
								məhsullarının elektron dərsliklərlə əvəz 
								olunması imkanları araşdırılır.   Elektron 
								dərsliklərin tədris prosesində istifadə olunması 
								üçün   Kindle, iPad və bu kimi qurğuların 
								alınması üçün hansı vəsaitlərin əldə olunması 
								öyrənilir.  
								
								
								Layihənin tərəfdarları qeyd edir ki, elektron 
								dərsliklərdən istifadə çap məhsullarından ucuz 
								başa gələcək. Bundan əlavə, çap məhsullarında 
								olan məlumatlar aktuallığını itirməklə daha tez 
								köhnələ bilər.  
								
								
								ABŞ Təhsil Nazirliyində hesab edirlər ki, 
								elektron dərsliklərdən istifadə  təhsil 
								prosesini 30-80 faiz sürətləndirə bilər.    | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Qazaxıstanın təhsil sistemi modernləşir  | 
							 
							
								| 
								 
								
								Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa 
								illik müraciətində ölkənin təhsil sisteminin 
								inkişaf etdirilməsi zəruriliyindən danışıb. 
								Rəsmi "Kazinform" agentliyinin məlumatına görə,  
								prezident bəyan edib ki, Qazaxıstanın təhsil 
								sisteminin səviyyəsini ölkədə uğurla fəaliyyət 
								göstərən  Nazarbayev Universiteti və ya 
								İntellektual Məktəb səviyyəsinə çatdırmaq 
								lazımdır. N.Nazarbayev yaxın illərdə ölkədə 
								insan kapitalının keyfiyyətinin gücləndirilməsi 
								vacibliyini qeyd edib. Bu, ilk növbədə, təhsil 
								sahəsi ilə bağlıdır. "Təhsil sisteminin 
								modernləşdirilməsi gedişində biz aşağıdakı 
								tədbirləri həyata keçirməliyik: birincisi, 
								tədris prosesində müasir texnologiya və 
								metodikalar tətbiq olunmalıdır. Bu gün 
								beynəlxalq standartlar əsasında Nazarbayev 
								Universiteti və İntellektual Məktəb uğurla 
								inkişaf edir, qabaqcıl müəssisələr şəbəkəsi, 
								texniki peşə təhsili  inkişaf edir. Onların 
								təcrübəsini ölkənin bütün təhsil sisteminə 
								yaymaq lazımdır, bütün təhsil müəssisələrinin 
								səviyyəsi onların səviyyəsinə çatdırılmalıdır",-deyə 
								prezident qeyd edib. Dövlət başçısı ikinci mühüm 
								vəzifə kimi pedaqoji heyətin keyfiyyətinin 
								artırılmasını vacib hesab edir. "Baza pedaqoji 
								təhsilin standartları gücləndirilməlidir, ali 
								məktəblər və ümumtəhsil məktəblərinin 
								müəllimlərinin ixtisasının artırılmasına olan 
								tələblər artırılmalıdır"deyən prezident əlavə 
								edib ki, bütün regionlarda pedaqoqların 
								ixtisasartırma mərkəzləri fəaliyyət 
								göstərməlidir. O,  əhalini kompüter biliklərini 
								artırmağa  və informasiya  texnologiyalarının 
								mənimsənilməsində fəal iştirak etməyə çağırıb. 
								  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Latviya təhsil sistemində təcili islahatlar  | 
							 
							
								| 
								 
								
								Latviya təhsil sistemində təcili islahatlar 
								başlayır. Ölkənin təhsil və elm naziri Roberts 
								Kilisə görə, onun öz sözləri ilə desək, təhsil 
								sisteminin çökməsinə yol verməmək üçün dağılmaq 
								mərhələsində olan  təhsildə təxirəsalınmaz 
								islahatlar aparılması vacibdir.  Nazir qeyd edib 
								ki, təhsildə  o qədər bərbad vəziyyət yaranıb ki, 
								indi hər şey dağılma mərhələsindədir. İnsanları 
								buna inandırmaq çox çətindir, çünki onlar bunu 
								hələlik hiss etmirlər. Onun sözlərinə görə, 
								vəziyyəti nizama salmaq üçün təcili islahatların 
								aparılması  vacibdir. "Əgər islahatlar olmasa, 
								təhsil sistemi sadəcə  dağılacaq", - deyə nazir 
								jurnalistlərlə söhbətində bildirib.  Nazir orta 
								və peşə təhsili sistemində ciddi dəyişikliklərin 
								aparılmasının vacibliyini bildirib. Qeyd 
								olunmalıdır ki, Latviya ağır iqtisadi böhran 
								keçirir. Təhsil və Elm Nazirliyinin büdcəsi 
								kifayət qədər azaldılıb, bir çox yaxşı 
								müəllimlər xaricə yollanıb. Bu isə məktəb 
								təhsilinin keyfiyyətinə təsir etməyə bilməz. 
								Bundan əlavə, mütəxəssislər hesab edir ki, 
								müəllimlərin çoxu öz vəzifələrinin öhdəsindən 
								pis gəlirlər.   Nazirə görə məktəblərin 
								mərkəzləşdirilmiş idarəçilik sistemi o qədər də 
								effektli olmayıb. O əmindir ki, yerli 
								bələdiyyələrə təhsil müəssisələrinin idarə 
								olunmasında daha artıq səlahiyyətlər 
								verilməlidir.  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								OECD təhsil sahəsində lider ölkələrin adlarını 
								açıqlayıb  | 
							 
							
								| 
								 
								
								İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 
								təhsil sahəsində lider ölkələrin adlarını 
								açıqlayıb. Təşkilatın Education at a Glance 2011 
								adlı  hesabatında qeyd olunur ki, Kanada, İsrail, 
								Yaponiya əhalinin təhsil səviyyəsinə görə 
								dünyanın lider dövlətləridir. OECD-ə görə təhsil 
								səviyyəsinə görə lider ölkə Kanadadır.  Daha 
								təhsilli ölkələrin onluğuna Amerika, Yeni 
								Zelandiya, Cənubi Koreya, Norveç, Böyük 
								Britaniya, Avstraliya, Finlandiya daxildir. 
								Birləşmiş Krallıq istisna olmaqla digər 
								adıçəkilən ölkələr OECD-nin üzvüdürlər. 
								Ekspertlərin məlumatlarına görə, İsraildə 
								təhsilə ayrılan vəsaitlərin 78 faizi ictimai 
								fondlardan gəlir. Əhalinin 45 faizi isə 
								universitet və kollec məzunlarıdır.   
								
								
								Hesabatda qeyd olunur ki, son 50 il ərzində 
								inkişaf etmiş ölkələrin ali təhsil diplomuna 
								malik olan əhalisinin sayı 200 faiz artıb. Daha 
								təhsilli insanlar isə dünyanın ən zəngin, 
								təhsilə daha çox investisiya ayrılan ölkələrdə 
								yaşayırlar.    | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Fransalı müəllim prezidentdən təzminat tələb 
								etdi  | 
							 
							
								
								
								  | 
								
								 
								
								Fransada işsiz müəllim ölkə prezidenti Nikola 
								Sarkozinin avtomobil korteji ucbatından vakant 
								müəllim yeri üçün elan olunmuş  müsabiqəyə çata 
								bilməyib. "Fiqaro" qəzetinin yazdığına görə, 
								fizika  və kimya müəllimi Nadya Lavuanya 
								müsabiqənin keçirildiyi yerə vaxtında çata 
								bilmədiyinə görə prezidentin kortejini 
								günahlandırır və dövlət başçısından təzminat 
								ödənilməsini tələb edir. Avtobusla müsabiqənin 
								keçirildiyi Dijlin rayonuna çatmaq istəyən 
								Lavuanyanın yolunda tıxac yaranıb. Nəticədə 
								artıq bir neçə aydır ki, hazırlaşdığı müsabiqəyə 
								26 dəqiqə gecikən işsiz qadın ertəsi gün Fransa 
								prezidentinə məktub yazaraq ona dəymiş mənəvi və 
								maddi zərərin ödənilməsini tələb edib. "Mən 
								müsabiqədən kənarlaşdırıldım. Mənə hətta yarışa 
								bilmək imkanı belə vermədilər", - deyə müəllim 
								yazır. Qeyd edək ki,  Facebook-da müəllimi 
								dəstək qrupu da yaradılıb. Müəllim nəqliyyata 
								çəkdiyi pulların geri qaytarılmasını tələb edir. 
								O əmindir ki, onun təzminat ödənilməsi barədə 
								tələbi qanunidir.    | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								İngiltərəli şagirdlər daha çox Oksforda üstünlük 
								verirlər  | 
							 
							
								| 
								 
								
								İngiltərədə dövlət məktəblərini "əla" 
								qiymətlərlə bitirən şagirdlərin Oksford 
								Universitetində təhsil almaq şansları özəl 
								təhsil müəssisələrini bitirmiş  şagirdlərə 
								nisbətən aşağıdır. "Daily Mail" qəzetinin 
								məlumatına görə, özəl məktəblərdən olan 
								abituriyentlərin dünyanın ən məşhur 
								universitetində təhsil alması imkanları digər 
								məktəblərin şagirdlərinə nisbətən 25 faiz 
								artıqdır. Bu rəqəm cəmiyyətdə məyusluq yaradıb. 
								Bir qədər əvvəl isə hökumət universitetlərə 
								təzyiq edərək onları cəmiyyətin müxtəlif 
								təbəqələrindən tələbə qəbul etməyə çağırıb. Ən 
								yüksək bal (A) toplayaraq Oksforda qəbul olmuş  
								5300 abituriyentin 29 faizi özəl məktəblərin, 23 
								faizi isə dövlət məktəblərinin məzunlarıdır.   
								Yüksək qiymətlər almış  3888 ağdərili şagirdin 
								28 faizi universitetə qəbul olunub. Afrikalı 67 
								tələbədən yalnız 13 nəfər buraxılış 
								imtahanlarına buraxılıb. Çin, Hindistan və digər 
								Asiya ölkələrindən olan tələbələr də eyni 
								göstəriciyə malikdirlər. Banqladeş və 
								Pakistandan olan tələbələrin yalnız 5 faizi 
								imtahan komissiyasından keçib.  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Çin məktəblərində hərbi dərslər gücləndirilir  | 
							 
							
								
								
								  | 
								
								 
								
								Hərbi hazırlıq Çinin bütün  mülki ali 
								məktəblərinin icbari təhsil planlarına daxil 
								olunacaq. Bu barədə məlumat Çinin Təhsil 
								Nazirliyinin rəsmi saytında yer alıb. "Ali 
								təhsil müəssisələrində təhsil prosesinin 
								təkmilləşdirilməsi üzrə bəzi təkliflər" adlanan 
								sənədin hazırlanmasında Təhsil Nazirliyi, 
								Silahlı Qüvvələrin Baş Qərargahı, Çin xalq 
								azadlıq ordusunun Baş Siyasi İdarəsi, Çin 
								Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat 
								şöbəsi, maliyyə və mədəniyyət nazirlikləri və 
								Çin Kommunist Gənclər İttifaqı Mərkəzi 
								Komitəsinin nümayəndələri iştirak ediblər.
								 
								
								
								Sənəd müəllifləri hesab edirlər ki,  ali 
								məktəblərdə hərbi hazırlıq məşğələləri  
								vətənpərvərliyin inkişafına, gənclərin 
								kollektivizm və inqilabi qəhrəmanlıq ruhundə 
								tərbiyəsinə xidmət edəcək. Bundan əlavə, yeni 
								fənn tələbələrə ağır döyüşlərə hazırlaşmağa və 
								çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
								 
								
								
								Daha geniş mənada tələbələr nəinki praktiki 
								hərbi vərdişlərə yiyələnəcək, həm də ölkənin 
								müdafiə doktrinası və milli təhlükəsizliyin 
								təmin olunması konsepsiyası barədə təsəvvürlərə 
								malik olacaqlar. Təşəbbüs reallaşdırılacağı 
								təqdirdə Çin ordusunun zabitləri hərbi hazırlıq 
								fənninin tədrisinə cəlb olunacaqlar. Sənəddə 
								qeyd olunur ki, tələbələrin siyasi və hərbi 
								hazırlığına xüsusi diqqət yetiriləcək.  | 
							 
							
								
								
  | 
							 
							
								| 
								 
								
								Dünyanın ən yaşıl universitetləri  | 
							 
							
								| 
								 
								
								İndoneziya Universiteti (Universitas Indonesia) 
								dünyanın ekoloji cəhətdən ən təmiz 
								universitetlərinin ikinci illik reytinq 
								cədvəlini -  UI GreenMetric Ranking of World 
								Universities təqdim edib. Tərtibçilər  42 
								ölkədən 178 ali məktəbi gözdən keçiriblər. Seçim 
								prosesində enerjidən ümumi istifadə, tələbələrin 
								nəqliyyatdan  - ictimai, şəxsi avtomobil və ya 
								velosipeddən istifadə etmə, ərazilərin səliqə-sahmana 
								salınması, zibillərin yığılması, suya qənaət, 
								kampus ərazisində yaşıllıqların sahəsi, 
								təhsilalanlar və əməkdaşlar tərəfindən ətraf 
								mühitin mühafizəsi prinsiplərinə əməl olunması  
								və s. kriteriyalar nəzərə alınıb.  Dünyanın ən 
								yaşıl 10 universitetinin siyahısı: 1. Nottingem 
								Universiteti (Böyük Britaniya), 2. Nordistern 
								Universiteti (ABŞ), 3.Konnektikut Universiteti  
								(ABŞ), 4. İrlandiya Milli Universitet Kolleci (İrlandiya), 
								5. Linçepinq  Universiteti (İsveç), 6. 
								Kaliforniya Berkli Universiteti  (ABŞ), 7. 
								Kaliforniya Universiteti, Los-Anceles  (ABŞ), 8. 
								Sent-Luis Vaşinqton Universiteti (ABŞ), 9. 
								Kaliforniya Merced Universiteti (ABŞ),10. Bata 
								Universiteti  (Böyük Britaniya).  | 
							 
							
								| 
								 
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								Oruc MUSTAFAYEV  | 
							 
						 
								 | 
								 
					
								| 
				  | 
								 
					
								| 
						  | 
								
						
						
						 | 
								 
					
								| 
				  | 
								 
					
								| 
				
								 | 
								 
					
								| 
				  | 
								 
				 
								 | 
					 
				 
								 | 
								
								 | 
				
								 |